İdman

Vanda Nara Türkiyədə "ilin qadını" seçildi - FOTOlar

25 Fevral 2025 20:26
Baxış: 922
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qalatasaray" klubunun ulduzu Mauro İkardinin keçmiş həyat yoldaşı Vanda Nara Türkiyədə "ilin qadını" mükafatına layiq görülüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Vanda Nara bu səbəbdən İstanbula səfər edib.

Naranın "İlin qadını" mükafatını alması da tənqidlərə səbəb olub. Sosial şəbəkə istifadəçiləri "Deyəsən, başqa namizəd yox idi", "O, bu mükafatı almaq üçün nə edib?", "Naradan başqa namizəd var idimi?", "O, bu mükafatı hansı meyarlara görə alıb?" kimi şərhlər yazıblar.

Türkiyəli məşhur müğənni Işın Karaca rəsmi "X" sosial şəbəkə hesabından məsələ ilə bağlı paylaşımda Vanda Naranı tənqid edib.

"Bəs sən Türkiyəni sevmirdin? İkardiyə minlərlə söz de, Türkiyəni pislə, sonra da gəl "ilin qadını" mükafatını al", - deyib və gülüb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.