Ermənistan Qərbin, Avropanın təsiri altında müharibəyə başlamaq istəyərsə, bu, artıq onun üçün sonun başlanğıcı olacaq.
Milli.Az xəbər verir ki, bu fikirləri ARB 24 telekanalına müsahibəsində Trend BİA-nın direktor müavini, siyasi şərhçi Sahil Kərimli bildirib.
"Ermənistanın qazancı yox, itirəcəyi çox şey ola bilər, çünki Ermənistan tamamilə məhv ola bilər. Bu gün Ermənistan müharibə hazırlıqlarını öz iradəsi ilə aparmır. Ermənistanı müharibəyə hazırlaşdıran dairələr, xüsusilə Fransa var.
Makron hakimiyyəti bu gün çalışır ki, Ermənistan müharibəyə sürüklənsin. Ermənistan silahlandırılır, müəyyən hərbi təxribatlara sövq edilir və bunun nəticəsində əgər Pasinyan, həqiqətən də, bu təxribata uyarsa, Qərbin, Avropanın təsiri altında müharibəyə başlamaq istəyərsə, bu, artıq onun üçün sonun başlanğıcı olacaq", - deyə S.Kərimli bildirib.
Milli.Az