Cəmiyyət

Növbəti estetik əməliyyat qurbanı "MedAura" klinikasında oldu

21 Fevral 2025 07:01
Baxış: 43 535
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Paytaxt sakini Lətafət Məmmədova yanlış əməliyyat səbəbi ilə səhhətində müəyyən problemlər yarandığını iddia edir.

Milli.Az xəbər verir ki, ötən ilin aprel ayında septoplastika, yəni burunda çəpər əyriliyi əməliyyatı olan Lətafət Məmmədova bildirib ki, əməliyyatdan sonra problemləri aradan qalxmaq yerinə, əksinə şikayətləri artıb.

O, əməliyyatı icra edən özəl klinika "MedAura"nın həkimi Kəmalə Mirzəyevadan şikayətçidir.

Şikayətçi bildirir ki, əməliyyata 1400 manat ödəniş edib. Təkrar əməliyyat üçün isə 6000 manat lazımdır. Onun tələbi bu ödənişin ona verilməsidir ki, başqa klinikada yenidən əməliyyat olunsun.

Sözügedən özəl klinikanın baş həkimi Nigar Məhəmmədova bildirib ki, həkim Kəmalə Mirzəyeva artıq işdən çıxarılıb. Baş həkim özü də ondan şikayətçidir.

"Bir həkimdən 3-4 pasient şikayət edirsə, biz onu işdən çıxardırıq".

Asya
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.