Cəmiyyət

“Batmaq ehtimalları yoxdur, bəlkə də, İrana gedib çıxıblar...” - VİDEO

10 Dekabr 2025 17:51
Baxış: 823
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Səhər saat 8-də evdən çıxdılar. Saat 2-dən sonra bizimlə əlaqə saxladılar. Ancaq mühərrikin səsindən nə dediklərini anlamadıq".

Milli.Az xəbər verir ki, bunu Astara rayonu ərazisində itkin düşən balıqçı Ağadədə Həsənovun əmisi bildirib.

"Saat 4-də ehtimal etdik ki, yanacaqları bitib. Bundan sonra qayıq göndərdik və aidiyyəti qurumlara məlumat verdik. Səhərədək dayanmadan axtarış aparılıb. Burada batmaq ehtimalı yoxdur, yanacaq bitə bilər və ya mühərrikin nasaz olması ehtimalı var. Belə hallarda isə mütləq şəkildə helikopter lazımdır. Yoxsa onları xilas etmək olmaz. Ya da bizə Xarici İşlər Nazirliyindən məlumat verilsin, bəlkə, uşaqlar İrana gedib çıxıblar", - deyə o əlavə edib.

Qeyd edək ki, Xəzər dənizində qohum olan iki nəfər itkin düşüb. Bunlar 1997-ci il təvəllüdlü Turan Həsənov və 1999-cu il təvəllüdlü Ağadədə Həsənovdur.

Daha ətraflı İctimai TV-nin süjetində: 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.