Dünya

"İsrail tələbləri yerinə yetirmədikcə yeni danışıqlar olmayacaq"

25 Fevral 2025 20:14
Baxış: 342
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsrail birinci mərhələnin tələblərini yerinə yetirmədikcə, Qəzzada atəşkəs və əsir mübadiləsi ilə bağlı yeni danışıqlar aparılmayacaq.

Milli.Az xarici mediaya istinadla xəbər verir ki, bu barədə HƏMAS sözçüsü Əbdüllətif Kanu bildirib.

"Atəşkəs razılaşmasının humanitar protokolunun yerinə yetirilməməsi və birinci mərhələnin yeddinci raundu çərçivəsində fələstinli məhbusların azad edilməməsi İsrailin razılaşmanı pozmaq niyyətində olduğunu və bu istiqamətdə ciddilik nümayiş etdirmədiyini göstərir" .

O, həmçinin vurğulayıb ki, İsrailin birinci mərhələnin bütün müddəalarını yerinə yetirməməsi, qalan israilli məhbusların azad edilməsi prosesinə xidmət etmir.

"İsrail razılaşmanın tələblərinə əməl etmədiyi müddətcə, Fələstin müqavimət qrupları Qəzza zolağında atəşkəs və məhbus mübadiləsi ilə bağlı yeni danışıqlara başlamayacaq" .

Qeyd edək ki, HƏMAS liderlərindən Mahmud Mərdavi də dünən verdiyi açıqlamada qeyd edib ki, HƏMAS 6 israilli məhbusun azadlığı müqabilində razılaşdırılan fələstinli məhbusların azad edilməsindən əvvəl, vasitəçilər (Misir, Qətər) vasitəsilə İsraillə heç bir danışıqlara getməyəcək.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.