Bakıda bəzi çimərliklər qayalarla zəngin olduğu üçün burada çimmək insan həyatı üçün olduqca təhlükəlidir...
Bunu FHN-in Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşı Fərid İlhamoğlu "Xəzər Xəbər"ə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Fövqəladə Hallar Nazirliyinin xilasetmə xidməti tərəfindən sulardan 67 cəsəd çıxarılıb, 60 nəfər şəxs isə xilas edilib. Boğulma halları ən çox uşaqlar, yeniyetmələr və gənclər arasında baş verib.
Bildirildi ki, bölgələrdə yerləşən bəzi su hövzələrində də çimmək olduqca təhlükəlidir.
Bakı dalğıc axtarış qrupunun rəisi Elvin mirzəyev isə bildirdi ki, Xəzər dənizinin bəzi ərazilərində sualtı axınlar həddindən artıq çoxdur. Ona görə də bəzən boğulan şəxlərin cəsədi 1-2 gün ərzində batdığı yerdən 24-25 kilometr uzaq məsafədə tapılır.
Elvin Mirzəyev 15 illik dalğıc fəaliyyəti boyunca ona ən çox təsir edən hadisədən də danışıb.
Daha ətraflı videomaterialı təqdim edirik.
Milli.Az