Ekoloji, sosial və korporativ idarəetmə standartları üzrə Yol Xəritəsinin icrasına başlanılıb - FOTOlar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəhbərlik etdiyi "Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət" İşçi Qrupunun "Ekoloji, sosial və korporativ idarəetmə (ESG) standartları üzrə" altqrupunun 2025-ci il üzrə ilk iclası keçirilib.
"Bakı KOB evi"ndə Komissiyanın və KOBİA-nın təşkilatçılığı ilə keçirilmiş iclasda müvafiq dövlət qurumlarının və özəl sektorun nümayəndələri, ekspertlər iştirak ediblər.
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət vә sənaye mәsәlәlәri şöbәsinin sektor müdiri Vüsal Şıxәliyev və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov 2024-cü ildə ESG üzrə altqrupun fəaliyyətini və görülmüş tədbirləri müsbət qiymətləndiriblər.
Qeyd olunub ki, ESG ilə bağlı müxtəlif maraqlı tərəflərin məlumatlandırılması, təlimlərin təşkili, ayrı-ayrı sahələr üzrə qanunvericilik çərçivəsinin təkmilləşdirilməsi, metodoloji bazanın inkişaf etdirilməsi, şəbəkələşmə və s. kimi istiqamətlərdə işlər görülüb. Bunlar arasında biznesin rəyi və ehtiyacları əsasında hazırlanmış ESG üzrə milli çərçivə standartı və "ESGhub.az" elektron platforması xüsusilə qeyd edilməlidir. Hər iki məhsul ESG prinsiplərinin geniş təşviqi və bu sahədə qarşıya qoyulmuş hədəflərə çatmaq baxımından əhəmiyyətlidir. Vurğulanıb ki, qarşıdakı dövrdə də ESG üzrə bir sıra tədbirlərin icrası nəzərdə tutulur. Bu məqsədlə artıq ESG üzrə 2025-ci il üçün Yol Xəritəsi təsdiq edilib və icrasına başlanılıb.
İclasda "ESGhub.az" platforması və milli ESG standartına, SOCAR-ın ESG reytinqi üzrə aparılmış tədqiqatın nəticələrinə, eləcə də 2025-ci il üzrə Yol Xəritəsinə dair təqdimatlar keçirilib. Bildirilib ki, ESG üzrə 2025-ci il üçün Yol Xəritəsində nəzərdə tutulan tədbirlər üç mühüm istiqaməti əhatə edir. Bunlar ESG üzrə milli standart və rəqəmsal platformanın effektiv istifadə edilməsi və onlardan mümkün qədər faydalanmaq, ESG üzr potensialın artırılması, təlim və məlumatlandırma tədbirləri ilə bağlıdır.
Tədbir çərçivəsində Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən siyahısı təsdiq edilmiş ESG ilə əlaqəli müvafiq beynəlxalq standartları ölkəmizdə tətbiq etmiş ilk şirkət olaraq "Ekvita"nın təcrübəsi dinlənilib.
Həmçinin, ESG prinsiplərinin təbliği və tətbiqində səmərəli fəaliyyətlərinə görə ABB, "Azercell Telecom" MMC, "Ekvita" şirkəti və Ülviyyə Əkbərovaya təşəkkürnamələr təqdim edilib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Çağatay haqqında yayılan FOTO saxta çıxdı
-
Çiyələk bu hallarda ölümcül ola bilər - xəbərdarlıq
-
Alar Karis Prezident İlham Əliyevə məktub göndərib
-
Emil Bədəlovun xanımı və qızları - FOTO
-
Konte "Napoli" ilə yollarını ayırdı
-
Nursultan Nazarbayev Prezident İlham Əliyevi təbrik edib
-
Virtuoz skripkaçı Elvin Hoca Qəniyev Filarmoniyanın yubileyi münasibətilə Bakıda konsert proqramı ilə çıxış edəcək
-
Tokayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
-
"PAŞA Real Estate" və "Baku White City" Ağ Şəhər ərazisində obyektlərin birgə inkişafına dair saziş imzalayıblar - FOTO
-
Bakı riyakarlıq fabrikasına qarşı: insan haqlarını kim və niyə silaha çevirir
-
Yeni klubu Toralı belə təqdim etdi - VİDEO
-
Maya Sandu Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
-
Kavelaşvili Prezident İlham Əliyevi təbrik edib
-
Lukaşenko Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
-
Azərbaycan Dövlət Xor Kapellasının möhtəşəm konsert proqramı təqdim olundu - FOTO
-
İlham Əliyev Pakistanın Baş nazirinə başsağlığı verib
-
İlham Əliyev Si Cinpinə başsağlığı verib
-
Əli Əmirlinin "Kişi və qadın" əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlanılıb - FOTO
-
Sabah Bakıya yağış yağacaq
-
Şirin Məlikova “Azərbaycanda nonkonformist incəsənət və son sosializm dövrünün ekoloji tənqidi” mövzusunda Böyük Britaniyanada ilə çıxış edib - FOTO
-
“Qalatasaray” rəhbərliyində gözlənilməz İSTEFA - FOTO
-
“Uşaq Dünyası” beynəlxalq musiqi festivalı keçiriləcək - FOTO
-
Gündəmi zəbt edən “müalicəvi qolbaqlar” həqiqətən şəkər və təzyiqi salır? - AÇIQLAMA
-
Toral Bayramov "Bursasspor"a keçdi





