Mədəniyyət

Azərbaycan Dövlət Xor Kapellasının möhtəşəm konsert proqramı təqdim olundu - FOTO

25 May 2026 18:34
Baxış: 222
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

21 may M.Maqomayev adına Azərbaycan Akademik Filarmoniyasının səhnəsində XIII Ümumdünya Şəhərsalma Forumu çərçivəsində baş xormeyster, Xalq artisti Gülbacı İmanovanın rəhbərliyi ilə Azərbaycan Dövlət Xor Kapellasının möhtəşəm konsert proqramı təqdim olundu. 

Konsert proqramı Azərbaycan milli musiqisi ilə dünya vokal klassikasını bir araya gətirən zəngin repertuarla seçildi. Proqram "Rast" muğamından bölmələr və xalq mahnıları ilə başlayaraq, F.Əmirov, T.Quliyev, V.Adıgözəlov, R.Mustafayev, E.İbrahimova kimi Azərbaycan bəstəkarlarının əsərləri ilə davam etdi. Bununla yanaşı, R.Leoncavallo və C.Gounod kimi dünya bəstəkarlarının əsərləri də səsləndirildi.

Konsertdə xor nömrələri ilə yanaşı, bir sıra solistlərin də çıxışı proqramı daha da rəngarəng etdi. Solistlər sırasında Əməkdar artist Tural Ağasıyev, İntiqam Allahverdiyev, Məhsəti Cabbarova, Nərmin Abdullayeva, Sevda Hüseynova, Günel Əsədova, Talıb İsgəndərli, Emin Məmmədov, İsmayıl Əsədli, Leyla Aslanova, Adil Baxışlı, Kamilla İmanova, Nigar Əsgərova və Leyla İbrahimova  (konsertmeysterlər Rəcəb Zeynalov, Svetlana Əhmədova, Tofiq Şıxıyev, Mehin Zalıyeva, Elvin Əliyev və Dilarə Kərimova, Seymur Mürsəlov (tar), Fariz Hüseynov (kamança), Cəfər Həsənov (nağara)) yer aldılar. 

Bu konsert Azərbaycan xor sənətinin zəngin ənənələrini və müasir ifaçılıq səviyyəsini bir daha nümayiş etdirərək, beynəlxalq tədbir çərçivəsində mədəniyyətimizin layiqincə təbliğinə xidmət etdi.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.