Ermənistan

"Azərbaycanla çox ağır itkilərin yaşanacağı müharibə olacaq, qalib gəlmək üçün..."

22 Fevral 2025 10:00
Baxış: 19 654
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"1990-cı illərdə bizim müharibədə qalib gəlmək şansımız yox idi. Ancaq bir-birimizin qayğısına qalmaqla uğur qazana bildik. Ordunun ruhu yoxdursa, qalib ola bilməz".

Milli.Az xəbər verir ki, bunu bir vaxtlar qondarma separatçı rejimin "Özünümüdafiə Qüvvələrinin birinci komandiri" olan Arkadi Karapetyan deyib.

Karapetyan hazırda elan edilən sülh dövrünü mifa adlandıraraq öz revanşist və faşist mövqeyini hələ də dəyişmədiyini göstərib.

O bildirib ki, Azərbaycanla müharibə qaçılmazdır və ümumi tendensiyalar dünyada vəziyyətin gözlənilən pisləşməsindən xəbər verir.

"Tramp bir gündə sülhə nail olacağına söz verdi, ancaq bunu bacarmadı. Ukraynada müharibənin necə bitəcəyi ümumiyyətlə bəlli deyil. Heç kim ümid etməsin ki, dünyada böyük müharibə baş verməsə, sülh olacaq. Deməli, bu, çox ağır itkilərin yaşanacağı bir müharibə olmalıdır. Biz o qədər birləşməliyik ki, sağ qala və qalib gələ bilək", - Karapetyan vurğulayıb. /KONKRET.AZ

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.