Məşhur amerikalı caz ifaçısı Roberta Flak vəfat edib.
Milli.Az xəbər verir ki, müğənni 88 yaşında dünyasını dəyişib. Onun meneceri Suzanne Koqa "The New York Times"a açıqlamasında müğənninin ürək tutmasından xəstəxanaya aparılarkən yolda vəfat etdiyini bildirib.
Qeyd edək ki, Roberta Flaka 2016-cı ildə insultdan sonra Lu Qerriq xəstəliyi (nevroloji xəstəlik olub, proqressiya edərək icraetmə funksiyasının pozulmasına, sosial dezadaptasiyaya və sonda ölümə gətirib çıxarır) diaqnozu qoyulub. Bu, onun 2022-ci ildə karyerasını bitirməsinə səbəb olub.
O, "The First Time Ever I Saw Your Face", "Killing Me Softly with His Song" və "Feel Like Makin' Love" kimi mahnıları ilə məşhurlaşıb. /Axşam.az
Milli.Az