Dünya

Zelenski 40-dan çox liderin Ukraynaya dəstəyindən danışdı

25 Fevral 2025 21:37
Baxış: 461
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

40-dan çox dövlət, qurum və beynəlxalq təşkilat rəhbəri Ukrayna və ukraynalılara dəstək ifadə ediblər.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynaya dəstək sammitindən sonra "X" sosial şəbəkəsində yazıb.

O, qeyd edib ki, Ukraynaya dəstək sammitində yeni yardım paketləri açıqlanıb. "Silahlar, hava hücumundan müdafiə sistemləri, maliyyə və humanitar yardımlar, müdafiə istehsalına investisiyalar və Rusiyaya qarşı sanksiyalar. Azadlığa dəyər verən hər kəslə birliyimiz sarsılmaz olaraq qalır", - Ukrayna lideri vurğulayıb.

Zelenskinin sözlərinə görə, Ukraynaya dəstək davam edəcək: "Biz birlikdə Ukraynada əsl sülhün bərpa olunacağı günü yaxınlaşdırırıq. Ukraynanı və xalqımızı dəstəkləyən hər kəsə təşəkkür edirik".

Xatırladaq ki, fevralın 24-də bir sıra Qərb dövlətlərinin və Avropa İttifaqının liderləri Rusiya-Ukrayna müharibəsinin üçüncü ildönümündə başlayan Ukraynaya dəstək sammitində iştirak üçün Kiyevə gəlib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.