Avto

Dünyanın ən güclü "mexanika" avtomobili təqdim olundu - FOTO

15 Sentyabr 2024 14:07
Baxış: 518
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-nin "Hennessey" şirkəti öz hiperkarının yeni versiyasını - mexaniki sürət qutusu ilə təchiz edilmiş "Venom F5-M" rodsterini təqdim edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, avtomobilin kapotu altında 1 355 kVt (1 842 at gücü) hasil edən 6.6 litrlik "Fury V8" mühərriki yerləşir.

Beləliklə, təqdim olunan rodster mexaniki transmissiyaya malik dünyanın ən güclü seriyalı avtomobilidir.

"Hennessey Venom F5-M" cəmi 12 ədəd buraxılacaq və onların hamısı artıq satılıb. Hər avtomobilin qiyməti 2.65 milyon dollardır.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.