"Tesla"nın Almaniyanın şimalındakı Ottersberq icmasında yerləşən avtosalonun yaxınlığında firmaya məxsus yeddi avtomobil yanıb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə polis məlumat yayıb.
"Martın 29-də təxminən saat 03:30-da avtomərkəzin ərazisində "Tesla" markalı yeddi elektromobil alovlanıb və nəticədə tamamilə yanıblar", - məlumatda bildirilib.
Yanğın təkcə avtomobillərə deyil, salon binasına da ziyan vurub - darvazalar əriyib. Zərər ilkin olaraq yüz minlərlə avro olaraq qiymətləndirilir.
Yanğının səbəbləri hələlik məlum deyil, hüquq-mühafizə orqanları araşdırmalara başlayıb.
Milli.Az