Avto

Bu avtomobillərin qəza riski yüksəkdir - VİDEO

1 Aprel 2025 06:47
Baxış: 1 109
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Son zamanlar sükanı sağdan sola keçirilmiş avtomobillərin ölkəyə gətirilməsi halları artıb. Buna səbəb isə orijinalına nisbətən daha ucuz başa gəlməsidir. Amma ekspertlər deyirlər ki, bu cür avtomobillərin qəza və alışıb yanma riski çoxdur.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, ekspertlər deyirlər ki, son illərdə qiyməti nisbətən ucuz olan, sükanı sağdan sola keçirilmiş avomobillərdə belə hallara tez-tez rast gəlinir.

Avtomobil satışı üzrə ekspert Eldəniz Cəfərovun sözlərinə görə, sükanı sağdan sola keçirilmiş avtomobillərin qəza riski həddindən artıq çoxdur.

Ekspert hesab edir ki, sükanı sağdan sola keçirilmiş avtomobilləri alan şəxslər ciddi problemlərlə üzləşirlər. Almaqda maraqlı olmalarına səbəb isə həmin avtomobillərin qiymətinin sükanı solda olanlarla müqayisədə ucuz olmasıdır.

Xatırladaq ki, Azərbaycana sükanı sağda olan avtomobillərin gətirilməsi 1998-ci ildən qadağandır. Amma həmin ildən tez keçirilən avtomobillərin isə istismarında heç bir qadağa yoxdur.

Daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.