Texnologiya

Yarış "tankı" satışa çıxarıldı: 2 mühərriki var - FOTO

2 Aprel 2025 13:43
Baxış: 1 185
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"RacingJunk" saytında qeyri-adi bir nəqliyyat nümunəsi - "Overtime Traxx" adlı avtomobil satışa çıxarılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 1987-ci ildə hazırlanmış və iki V8 mühərrikli bu şou-kar 92 min dollar dəyərində qiymətləndirilib.

"Overtime Traxx" özəl "monster" maşınların yarışlarında və müxtəlif avtomobil şoularında iştirak edir.

Avtomobilin əvvəlki adı "Bigfoot Fastrax" olub. Hazırda "Overtime Traxx" "Chevrolet" mühərrikləri ilə təchiz edilib. Hər bir mühərrikin həcmi 9.4 litrdir. Hər V8 mühərrikinə əlavə olaraq kompressor quraşdırılıb, lakin mühərriklərin gücü barədə məlumat verilmir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.