Demokratların Bayden barədə gizli planı: prezidentin ölümünə hazırlıq...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"ABŞ Demokrat Partiyasının rəhbərliyi keçmiş prezident Co Baydenin yaşlanma əlamətlərini gizlətmək üçün kompleks iş aparıb və 2024-cü il seçki kampaniyası zamanı onun mümkün ölümü halında plan hazırlayıb".
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Mübarizə: Ağ Ev uğrunda ən vəhşi döyüşün içində" adlı yeni kitabında "The Hill" qəzetinin baş siyasi şərhçisi Emi Parnes və "NBC News" telekanalının baş siyasi şərhçisi Conatan Allen mənbələrə istinadən məlumat veriblər.
Müəlliflərin məlumatına görə, demokratlar 80 yaşlı prezident ikinci müddətə namizədliyini irəli sürmək niyyətini elan etdiyi 2023-cü ilin aprelində Baydenin səhhəti ilə bağlı narahatlıq ifadə etməyə başlayıblar. Açıq dəstəyə baxmayaraq, pərdə arxasında partiya liderləri Baydenin fiziki və əqli imkanlarına şübhə ediblər.
Prezidentin yaşlanma əlamətlərini gizlətmək üçün onun komandası müxtəlif hiylələrə əl atıb. Hər səhər video görüşlər və müşavirələrdən əvvəl vizajistlər Baydeni diqqətlə qrimləyir, hətta kiçik auditoriya qarşısında çıxışlarda belə onun üçün gizli teleprompter quraşdırıblar.
Bundan əlavə, 2023-cü ildə demokratlar Baydenin ölümü və ya seçki yarışı zamanı başqa namizədlə əvəz edilməsi zərurəti yarandığı təqdirdə fəaliyyət planı hazırlayıblar. Vitse-prezident Kamala Harrisin köməkçisi, lazım gəldikdə onun prezident andını tez təşkil etmək üçün ABŞ Ali Məhkəməsinin respublikaçı hakimlərinin əlaqə siyahısını daim özü ilə gəzdirib.
Baydenin vəziyyəti ilə bağlı şübhələrə baxmayaraq, həyat yoldaşı da daxil olmaqla onun ən yaxın ətrafı seçkidə iştirakında israr edir və həmpartiyalılarını prezidentin ikinci müddətdə öz vəzifələrini yerinə yetirmək qabiliyyətinə inandırıb. Lakin 2024-cü ilin iyununda respublikaçıların namizədi Donald Trampla uğursuz debatlar demokratları öz mövqelərini yenidən nəzərdən keçirməyə və Bayden əvəzinə Kamala Harrisi irəli sürməyə vadar edib.
Baydenin və keçmiş prezident Barak Obamanın dostlarından biri kitabın müəlliflərinə müsahibəsində Baydenin ikinci müddətə getmək qərarını demokratların bütün kampaniyasının "ilk səhvi" adlandırıb.
Onun fikrincə, həmpartiyalılar prezidenti seçkilərdə iştirak etməkdən əvvəlcədən çəkindirməli idilər. Bu da Demokrat Partiyasının məğlubiyyətinin qarşısını ala bilərdi.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Macarıstanda baş nazir telefon oğurluğuna görə dindirildi
-
Tramp: İranla müharibə çox tezliklə başa çatacaq
-
Zelenski: Bu gün Ukraynaya endirilən zərbələr nəticəsində 25 nəfər ölüb
-
Azərbaycan əsgəri 20 km dərinliyə necə gedə bilib? - Papikyan
-
“Dəmir yolu müqaviləsini ləğv edə bilərik” - Paşinyan
-
Türkiyə millisində Montellanın yerinə keçəcək baş məşqçi müəyyənləşdi
XƏBƏR LENTİ
-
Yaponlar buna görə göbəyə gül suyu damladırmışlar
-
Aleyna Tilki sevgi həyatı barədə: "Küçədə heç kimlə əl-ələ gəzməmişəm"
-
Azərbaycanda yenidoğulan körpələrin sayı azalır - Səbəb nədir? - (Video)
-
Didem Balçının dəyişimi diqqət çəkdi - (Foto)
-
100 milyon təklif olundu, qəbul etmədi
-
“50 qəpik”də maşın yuyanların diqqətinə
-
Bakıda şagirdi öldürməkdə ittiham edilən məktəblinin (Fotosu)
-
Məhkumlar niyə iş tapa bilmir? - Ədliyyə naziri səbəbi açıqladı
-
Ronaldo Messinin gedişini şərh etdi - “Səni qucaqlayıram...”
-
Macarıstanda baş nazir telefon oğurluğuna görə dindirildi
-
Azərbaycana yük gətirən iranlı TIR sürücüləri geri qayıda bilmirlər - (Video)
-
Nizami rayonunda qaz kəsiləcək
-
Günün qoroskopu: Qeyri-adi addımlar atmaqdan çəkinməyin
-
Binəqədidə hərəkət qismən məhdudlaşdırılacaq
-
Şahmalı onları polislə hədələdi
-
"Real" və "Barselona" növbəti dəfə transfer bazarında rəqib oldu
-
Şakira və Pike 4 ildən sonra üz-üzə gəldi - (Video)
-
Sabah Bakının bəzi ərazilərdə işıq olmayacaq
-
Azərbaycanda yeni cəzaçəkmə müəssisələri tikilir - Nazirdən açıqlama
-
Tramp: İranla müharibə çox tezliklə başa çatacaq
-
Zelenski: Bu gün Ukraynaya endirilən zərbələr nəticəsində 25 nəfər ölüb
-
Şirvanda 18 yaşlı gənc bıçaqlanıb
-
Soner Olgun süni tənəffüs aparatına qoşuldu
-
Azərbaycanda ən çox edilən estetik əməliyyatlar





