Krediti olan şəxs vəfat edərsə, borc necə olacaq? - AÇIQLAMA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hər birimizə pul lazım olduqda yada düşən ilk yer banklardır. Banklar isə kredit verərkən bir neçə risk faktorunu önləm alır. Məsələn borc götürən şəxs vəfat etdikdə kreditin aqibəti necə olur?
Milli.Az xəbər verir ki, məsələ ilə bağlı hüquqşünas Gülnar Qulizadə açıqlama verib:
"Mülki Məcəllənin tələblərinə əsasən, vəfat etmiş şəxsin öhdəliklərini əgər zamin varsa, zamin daşıyır. Əgər zamin yoxdursa, kredit götürmüş şəxsin əmlakları üzrə vərəsə varsa, həmin şəxs onun həm aktivlərini, həm də passivlərini qəbul edir. Burda aktivlər deyəndə əmlakı, passivlər deyəndə isə öhdəlikləri və kreditləri nəzərdə tutulur. Yəni, vəfat etmiş şəxsin vərəsəsi təyin olunubsa, vərəsəlik şəhadətnaməsi verilibsə, öz paylarına uyğun olaraq həmin kredit öhdəliklərini bank qarşısında daşıyırlar".
Bəs zamin olmadıqda həmin kreditlərin aqibəti necə olur?
"Bəzi banklar bu kimi məsələlərdə ziyana düşməmək üçün verilən krediti sığortalayırlar. Bu da müştəriyə verilən puldan çıxılır.
Mülki Məcəllənin 558-ci maddəsinin tələbinə əsasən, şəxsin birbaşa özünün iştirakı olmadan yəni rəhmətə gedibsə, həmin öhdəlik ləğv edilir. Vərəsəlik yalnız şəxsin öz istəyi ilə təyin oluna bilər, əgər yoxdursa kreditə xitam verilir".
Qeyd edək ki, əgər şəxs kredit öhdəliyi barəsində müqavilə bağlayıbsa, bu zaman həyat sığortası olur. Həmin müqaviləyə əsasən, şəxs vəfat edərsə, onun öhdəliklərini sığorta şirkəti daşıyır.
Aysel Əkbər
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
“Beşiktaş”ın oyununda dava - yarımçıq dayandırıdı
-
Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? - təfərrüat - (Video)
-
Qazaxda evin həyətində partlayış: Xəsarət alanlar var - (Yenilənib/Video)
-
TikTok insan beynini öldürür - Tokayev
-
14 günlük körpə xəstəxanada öldü - Açıqlama
-
Parkda gecələyən uşağın valideyninə cəza verildi - Yenilənib - (Video)
-
Tualetdən gec çıxan azərbaycanlı döyüldü
-
Azərbaycanda 4.3 ballıq zəlzələ oldu
-
“Dünya TV” cərimələndi
-
Bakıda avtomobil hərracı olacaq: Qiymətlər 3500 manatdan başlayır
-
Stadionda ölən azarkeşlə bağlı “Sabah”ın açıqlaması
-
İbrahim Borçalının qızının nişanıdır - (Foto)
-
Səbaildə fərdi yaşayış evində yanğın olub
-
Duru yağ bahalaşdı - (Video)
-
Ruslan Ənvərliyə Kənd Təsərrüfatı Nazirliyində vəzifə verildi
-
Sabah Oğuzda qaz olmayacaq
-
Leyla Əliyevanın təşəbbüsü ilə yaşıllıqların mühafizəsinə dəstək verən “agac.az” mobil tətbiqi istifadəyə verilib
-
Mustafa Sandalın qayınatasının evi atəşə tutulub: Hücumun təfərrüatı - (Foto)
-
Rusiyalı azarkeş oğlunun yanında can veribmiş - (Yenilənib/Foto)
-
Milli İncəsənət Muzeyində “Klassik musiqi zamanı” adlı konsert proqramı keçirilib - (Foto)
-
Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub - (Foto)
-
"Sabah"a 2 qol vuran Qordon ÇL-də həftənin ən yaxşısı seçilib
-
Nazirlikdə yeni şöbə yaradıldı, Ayaz Müseyibov rəhbər təyin edildi
-
Keçmiş nazir müavini PA-da yüksək vəzifəyə təyin edildi





