Avto

Ən bahalı "Bugatti Veyron" satışa çıxarıldı - FOTOlar

30 İyun 2024 01:01
Baxış: 1 123
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mechatronik" saytında "Bugatti Veyron Grand Sport Vitesse"nin unikal nüsxəsi satışa çıxarılıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, onun kuzovu 20 tondan çox çəkisi olan bütöv bir alüminium parçasından hazırlanıb. Avtomobilin qiyməti göstərilmir, lakin təsvirdə deyilir ki, bu, "Veyron" modelinin tarixində ən mürəkkəb və ən bahalı nümunəsidir.

Avtomobil 2015-ci ildə istehsal edilib və müştərinin fərdi sifarişinə əsasən onun kuzovu qaynaqdan istifadə edilmədən bütöv bir alüminium parçasından hazırlanıb. Bildirilir ki, avtomobilinin qiyməti barədə yalnız maraqlanan müştərilər əlaqə saxladıqları təqdirdə məlumat veriləcək.

Avtomobil 1000 at gücü hasil edən dörd turbinli səkkiz litrlik mühərrikə malikdir. O 100 km/saat həddinə 2,6 saniyəyə sürətlənir, maksimal sürəti isə 375 km/saatla məhdudlaşır.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.