İdman

Didye Deşam: Qarşılaşma boyunca topa nəzarət etməklə qalib gəlmək olmur

1 İyul 2024 23:51
Baxış: 569
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qarşılaşma boyunca topa nəzarət etməklə qalib gəlmək olmur.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bunu Fransa millisinin baş məşqçisi Didye Deşam Belçikaya qarşı AVRO-2024-ün 1/8 final mərhələsinin oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis rəqibin ehtiyatlı oyun sərgilədiyini söyləyib: "Belçika kağız üzərində daha çox hücum edən komanda kimi görünə bilər. Amma çox ehtiyatla oynayırdılar. Öz fürsətlərimizi gözlədik yaratdığımız şansı qola çevirdik. Qarşılaşma boyunca topa nəzarət etməklə qalib gəlmək olmur. Ən vacib məsələ odur ki, biz 1/4 finala yüksələn tərəfik".

Qeyd edək ki, Almaniyada keçirilən Avropa çempionatının 1/8 finalında Belçikaya 1:0 hesabı ilə qalib gələn Fransa növbəti mərhələyə yüksəlib. 1/4 finalda rəqib Portuqaliya - Sloveniya cütünün qalibi olacaq.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.