İdman

Ronaldo qırmızı vərəqədən sonra onunla mübahisə edib

15 Noyabr 2025 00:34
Baxış: 236
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İrlandiya millisinin baş məşqçisi Heimir Hallqrimsson DÇ-2026-nın seçmə mərhələsində Portuqaliya ilə matçda rəqibinin hücumçusu və kapitanı Kristiano Ronaldonun qırmızı vərəqə almasına toxunub.

Milli.Az Qol.az-a istinadən xəbər verir ki, mütəxəssis həmin epizodda 40 yaşlı forvardın onunla mübahisə etdiyini açıqlayıb:

"O, hakimə təzyiq göstərdiyim üçün mənimlə mübahisə etdi. Məhz Ronaldonun meydandakı hərəkətləri qırmızı vərəqə ilə nəticələndi. Mənim bununla heç bir əlaqəm yox idi".

Xatırladaq ki, Ronaldo görüşün 59-cu dəqiqəsində meydandan qovulduqdan sonra İrlandiya yığmasının baş məşqçisi ilə mübahisə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.