Ölkə

Sığortaolunanların uçotu yalnız bu yolla aparılacaq

10 Mart 2026 12:21
Baxış: 217
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sığortaolunanların sığortaçıda uçotu yalnız FİN vasitəsilə aparılacaq.

Milli.Az xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı Əmək Məcəlləsinə, "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" və "Əmək pensiyaları haqqında" qanunlara edilən dəyişikliklərdə öz əksini tapıb.

Sənədə əsasən, sosial sığorta nömrəsi (SSN) verilərkən elektron sistemlərdə həmin şəxsin şəxsiyyət vəsiqəsinin fərdi identifikasiya nömrəsi (FİN) ilə əlaqələndirilir.

Sığortaedənlər tərəfindən işə qəbul edilərkən sosial sığorta nömrəsi olan sığortaolunanlardan SSN-in tələb edilməsinə və ya başqa üsulla sosial sığorta nömrəsinin öyrənilməsinə ehtiyac qalmayacaq.

Qanun iyulun 1-dən qüvvəyə minir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.