Maşın almaq istəyənlər üçün vacib xəbər - Qanun dəyişdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ötən həftə Milli Məclisdə nəqliyyat vasitələri ilə bağlı nəzərdə tutulan bir sıra cərimələrin məbləği artırıldı. Artımlar əsasən, dayanma-durma, parklanma, işıqforda hərəkət və səkilərlə bağlı cərimələrlə bağlı oldu.
Cərimələrin artırılması sosial şəbəkələrdə müzakirəsiz ötüşmədi. Əksər sürücülər mövcud artıma kəskin etiraz edərək, cərimələrin onsuz da çox olduğunu və bu artımın vəziyyəti daha da ağırlaşdıracağını bildirdi. Xüsusən avtomobillərin intensiv şəkildə hərəkət etdiyi paytaxt yollarında qayda pozuntusundan yayınmaq demək olar ki, mümkün deyil. Bəziləri cərimələrdəki artımın avtomobil bazarında da təsirsiz ötüşməyəcəyini deyir. Yüksək məbləğli cərimələrin fonunda, bəzi vətəndaşların avtomobil almaq fikrindən daşınacağı iddia edilir.
Görəsən, bu ehtimal nə dərəcədə doğrudur?
Milli.Az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, sürücülər arasında nəqliyyat qaydalarının pozulması elə də geniş hal yayılmayıb:
"Nəqliyyat vasitələri ilə bağlı cərimələrin artırılması əslində əksər sürücülərə aid deyil. Qaydaların pozulması, sənədsiz avtomobil idarəetmə, dayanma-durma qaydaları kimi pozuntular elə də kütləvi hal təşkil etmir. Ona görə bu barədə narahatlığa səbəb görmürəm. Cərimələrin məbləğinin artırılması nəqliyyat vasitələrinin qiymətinə və alıcı kütləsinə elə də güclü təsir etməyəcək. Bu baxımdan alıcılar cərimələr səbəbindən nəqliyyat vasitəsi almaqdan yayınmayacaq".
Ekspertin fikrincə, avtomobil bazarındakı köklü dəyişiklik kütləvi utilizasiya zamanı olacaq:
"Hal-hazırda maşın bazarında kifayət qədər alıcı və satıcı kütləsi var. İndi qarşıda bizi kütləvi utilizasiya prosesi gözləyir. Artıq onda bu barədə dəqiq nəsə demək olar. Həmin vaxt avtomobil bazarında radikal dəyişiklik ola bilər. Lakin cərimələrin artırılmasının bu istiqamətdə alış-satış tendensiyasına çox da təsir edəcəyini düşünmürəm".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
"Volkswagen" 200 mindən çox avtomobili geri çağırır – SƏBƏB
-
Dubayda milyonerin qarajı heyrətləndirdi: Hər ay lüks maşın alır - (Video)
-
Sürücülər bu mahnılara qulaq asmasın
-
Dünyanın ən dar avtomobili hazırlandı - (Foto)
-
Azərbaycana gətirilən minik maşınlarının sayı kəskin azaldı - (Video)
-
“Jaguar Land Rover” 4 minə qədər işçini ixtisar edəcək
XƏBƏR LENTİ
-
Həftədə 25 saat hosteldə işləyib... Bu ölkədə pulsuz yaşamaq olar
-
“Evdə soğan belə doğramıram” - Aytəkin Mərdanova - (Video)
-
Ərdoğan ABŞ-yə getdi
-
38 yaşlı kişi faciəvi şəkildə öldü - (Video)
-
Tələbələri təhdid edən şəxs yenidən universitetə bərpa olunacaq?
-
"Türkiyənin ən gözəl qadınını istəyən" general Ankara ilə əlaqələr kəsildi
-
Günün qoroskopu: Bütün işlərinizi sürətlə yoluna qoya biləcəksiniz
-
Bilgəhdə dənizdə batan gənclər yataqxanada qalırlarmış - Təfərrüat - (Video)
-
Matçdan öncəki məşq zamanı qorxulu qəza - (Video)
-
"Həddi bir az aşmışıq, üzr istəyirəm" - Rüfət Nasosnu - (Video)
-
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
-
İtaliyada niqab qadağan edilir
-
Zelenski Trampla Nyu-Yorkda görüşlə bağlı razılığa gəlib
-
Kadir İnanırın mirası açıqlandı
-
“Ela” və “Levent” 18 il sonra yenidən bir arada - (Video)
-
Məmmədəli Mehdiyev cüdo üzrə veteranlar arasında dünya çempionu olub
-
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - (Foto)
-
Göygöldə qadın qətlə yetirilib - şübhəli əridir
-
Macarıstanın baş naziri Peter Madyar ictimai tədbirdə hücuma məruz qaldı - (Video)
-
"Sumqayıt" "Kəpəz"lə heç-heçə edib
-
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - (Foto)
-
Madrid debisində “Atletiko” “Real”a qalib gəlib
-
Pakistanda keçmiş baş nazir İmran Xanın bacısı saxlanıldı
-
Alim Qasımovdan tənqidlərə reaksiya: "Üzeyir bizim qardaşımızdır"





