Həftədə 25 saat hosteldə işləyib... Bu ölkədə pulsuz yaşamaq olar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Pataqoniyanı görmək istəyən, amma yaşayış xərclərini azaltmağa çalışan turistlər üçün maraqlı imkan yaradılıb. Argentinanın San-Karlos-de-Bariloçe şəhərində yerləşən hostellərdən biri könüllülərə pulsuz yaşayış təklif edir.
Milli.Az xəbər verir ki, proqram çərçivəsində iştirakçılar həftədə 25 saat hosteldə işləməli olurlar.
Bunun qarşılığında onlara ümumi otaqda pulsuz qalmaq, hər gün səhər yeməyi və bir sıra əlavə imkanlar təqdim edilir. Könüllülərin vəzifələrinə yeməklərin hazırlanması və təqdim edilməsi, otaqların və ümumi sahələrin təmizlənməsi, həmçinin qonaqların yerləşdirilməsinə kömək etmək daxildir.
İştirakçılara həftədə iki gün istirahət verilir. Beləliklə, onlar boş vaxtlarında şəhəri və ətraf bölgələri gəzə, ekskursiyalara qoşula və Patagoniyanın təbiətini yaxından görə bilərlər.
Hostel dağlar və göllərlə əhatə olunan, turistlər arasında məşhur Bariloçe bölgəsində yerləşir. Könüllülər yaşayış və səhər yeməyindən əlavə, ümumi mətbəxdən, paltaryuyan maşından, internetdən və velosipedlərdən istifadə edə bilirlər.
Onlara bəzi yemək və içkilər, ekskursiyalar və səfərlər üçün də endirimlər təqdim olunur. Proqram əsasən iki-üç həftəlik müddət üçün nəzərdə tutulub. Burada həm tək səyahət edənlər, həm də cütlüklər iştirak edə bilərlər.
Əsas tələblərdən biri ingilis və ya ispan dilini ən azı orta səviyyədə bilməkdir. Çünki görülən işlər hostelin qonaqları ilə ünsiyyət qurmağı tələb edir.
Lakin bu imkanı tamamilə pulsuz tətil hesab etmək olmaz. İştirakçılar Argentinaya gediş-gəliş xərclərini, sığortanı, yerli nəqliyyatı və lazım olduğu halda viza xərclərini özləri ödəməlidirlər. Bundan başqa, könüllülərə gördükləri işə görə maaş verilmir. Yaşayış və digər xidmətlər əməyin qarşılığında təqdim edilir.
Bu proqram gündə bir neçə saat işləməklə Patagoniyada yaşamaq, müxtəlif ölkələrdən olan səyahətçilərlə tanış olmaq və yaşayış xərclərini əhəmiyyətli dərəcədə azaltmaq istəyənlər üçün uyğun seçim hesab olunur. (lent.az)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Türkiyədə axtarılan kriminal qruplaşma rəhbəri Azərbaycanda tutuldu
-
Rusiyanın itkiləri yeniləndi
-
Zaur Kamala görə izdiham yarandı - (Video)
-
- Bu qədim çay servizinin qiyməti hamını təəccübləndirdi - 321 min avro
-
Narkotikin təsiri altında avtoxuliqanlıq etdi - Həbs olundu - (Video)
-
Millətlər Liqası: Bu gün daha 10 oyun var
-
Türk aktrisanı Merilin Monroya bənzətdilər - (Video)
-
Özünüməşğulluq proqramı ilə verilmiş əmlakın geri alınmasına dair Ali Məhkəmədən mühüm qərar
-
Ağsuda avtomobil 69 yaşlı kişini vuraraq öldürdü
-
Bakının bu ərazilərində qaz olmayacaq
-
Neftin qiyməti yenidən qalxdı
-
Pensiyalar ödənildi
-
Aslıhan Doğan: “Ardanı evə buraxmırdım”
-
Mağazada bu hallara yol verənlər 6 min manat cərimələnə bilər
-
Nazirin üstünə qışqıran hərbçiyə medal verildi
-
Azərbaycanda yeni güzəştli mənzillər satışa çıxarılır - Tarix
-
Paytaxtın 12 küçəsində tıxac var
-
İtaliya Fransanı məğlub edərək qrup liderliyinə yüksəldi
-
“Məni zəhərləmək istəyənlərə heç nə olmamış kimi davrandım” - Nazpəri Dostəliyeva
-
Mətbəxlərdə mərmər dövrü bitdi: Yeni sistem gəldi
-
Üçüncü dünya müharibəsi nə vaxt başlaya bilər: Süni intellekt açıqladı
-
"Dizlərimin üzərinə daş qoyaraq suyun dibində otururdum" - Halit Ergenç
-
Pomidoru soyuducuda saxlamayın
-
Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib - (Foto)





