Dünya

Yayın ortasında qar sürprizi - FOTO

1 İyul 2024 22:55
Baxış: 1 863
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rizənin İkizdərə rayonunda 2640 metr yüksəklikdə yerləşən Ovit yaylası yay aylarında gözlənilməz təbiət hadisəsinə şahidlik edib. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu gün günorta saatlarında başlayan yağışdan sonra yaylağa qar yağıb.

Bu qeyri-adi vəziyyət nəticəsində yaylağın bir hissəsi ağararaq ətrafdakı vətəndaşları təəccübləndirib.

İyul ayında yağan bu qeyri-adi qar yaylada vətəndaşların böyük təəccübünə səbəb olub. Qar yağışının təsiri ilə yaylağın təbii gözəllikləri qış mənzərəsinə çevrilib. Vətəndaşlar bu anları mobil telefonları ilə lentə alaraq sosial şəbəkədə paylaşıblar.

Ovit Yaylası adətən yay aylarında təbiət gəzintiləri üçün ziyarətçilərin üstünlük verdiyi məkan olsa da, bu gün yağan qar təbiətsevərləri və fotoqrafları təəccübləndirib. Rizənin bu hündür yaylasında yaşanan təbii hadisə iqlim dəyişikliklərinin bölgədəki təsirlərini bir daha ortaya qoyub.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.