İdman

“Neftçi”nin yeni baş məşqçisi bəlli oldu

6 Dekabr 2025 09:25
Baxış: 314
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yuri Nikolayeviç Vernidub "Neftçi" futbol klubu ilə müqavilə bağlamaq məqsədilə Bakıya gəlib.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə "Neftçi"nin mətbuat xidmətində olan mənbə məlumat verib.

59 yaşlı məşqçinin köməkçilərindən birinin oğlu Vitaliy Vernidubun da komandaya qoşulacağı bildirilir.

Təcrübəli mütəxəssis karyerası ərzində vətənində "Metallurq", "Zarya", "Krivbass", Belarusda "Şaxtyor" və Moldovada "Şerif"in baş məşqçisi olub.

Vernidub son üç ili ölkəsində "Krivbass"ın baş məşqçisi kimi keçirib və karyerasının ən böyük uğurunu 2020-2022-ci illərdə əldə edib.

O, "Şerif"i Çempionlar Liqasının əsas mərhələsinə çıxarmağı bacarıb; Moldova komandası həmin vaxt "Real"ı məğlub etməklə bütün Avropada diqqət mərkəzinə düşüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.