Maraqlı

Elektrikli avtomobillər üçün sürət rekordu qırıldı: 438 km/saat

28 İyun 2024 07:10
Baxış: 833
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yüksək performansa sahib elektrokarlar arasında sürət rekordu yenilənib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Yaponiya istehsalı olan tam elektrikli Aspark Owl SP600 avtomobili saatda 438 kilometr sürətlə rekordu təzələyib.

Almaniyanın Papenburq sınaq mərkəzində saatda 438,74 kilometr sürətə çatan avtomobil dünyanın ən sürətli elektrik avtomobili adını alıb.

İstehsalçı şirkət avtomobilin bundan əvvəlki sınaqlarında 420 və 430 kilometr saat sürətə çatdığını bildirib.

Əvvəlki elektromobil sürət rekordu saatda 415 kilometrlə mərkəzi Xorvatiyada yerləşən Rimac Neveraya məxsus idi.

İstehsal versiyasında 4 elektrik mühərriki ilə təchiz edilən Owl 0-dan 100 kilometri cəmi 1,7 saniyəyə yığa bilir. Bu sürətin mənbəyi 1953 at gücü və 4 elektrik mühərriki tərəfindən təmin edilir.

Avtomobilin bütün korpusu karbon lifi ilə gücləndirilmiş plastikdən hazırlansa da, tavanda yalnız metal dayaq istifadə olunur. Avtomobilin hündürlüyü cəmi 99 santimetrdir.

Saatda 490 kilometr sürət yığa bilən 1577 at gücünə malik Bugatti Şiron SuperSort isə dünyanın ən sürətli avtomobili adını hələ də özündə saxlayır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.