Maraqlı

Şahzadə Diananın əşyaları 5 milyona satıldı - FOTO

30 İyun 2024 07:45
Baxış: 841
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şahzadə Diananın məktubları və paltarlarından ibarət kolleksiya hərracda 5 milyon dollara satılıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Şahzadə Diananın gözləntilərin çox üzərində satılan əşyalarından biri də onun məşhur qara paltarı olub ki, sözügedən paltar 910 min dollara satılıb ki, bu da gözləniləndən 4.5 dəfə bahadır.

Qeyd edək ki, 1997-ci ildə dünyasını dəyişən şahzadə Diananın geyim və məktub kolleksiyası satışa çıxarılıb.

"Şahzadə Diananın zərifliyi və kral kolleksiyası" adlı kolleksiya Kaliforniyada təşkil edilən hərracda 5 milyon dollara satılıb.

Şahzadə Diananın kolleksiyasından əldə olunan gəlirin bir hissəsi əzələ xəstəlikləri ilə mübarizə aparan insanlara yardıme dən "Muscular Dystrophy UK" xeyriyyə təşkilatına bağışlanacaq.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.