Dünya

Makron koalisiyasının məğlubiyyəti: Səriştəsiz siyasətin acı nəticəsi - VİDEOMÜSAHİBƏ

1 İyul 2024 20:47
Baxış: 650
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransada keçirilən parlament seçkilərinin birinci turu Makron üçün ürəkaçan olmayıb. Səsvermənin birinci turundan sonra Marin Le Penin "Milli birlik" partiyası liderlik edir. Makron isə ikinci turda Cordan Bardella və Marin Le Penin Milli Birliyinə qarşı "demokratik birliyə" çağırıb.

Milli.Az bildirir ki,  məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, proseslərin gedişatı onu göstərirdi ki, Fransa daxilində Makrona olan etimad getdikcə azalır.

"Bunun bir çox obyektiv səbəbləri var. Bu gün Fransa xalqı, fransızlar Makrona son sözlərini dedilər. Bilirik ki, uzun müddətdir ki, Fransa daxilində Makronun həyata keçirdiyi siyasət xalq tərəfindən qəbul olunmurdu. Prezident seçkilərində Fransa xalqı düşündü ki, Makron Fransa xalqı üçün daha çox iş görə bilər, amma təəssüf Makron bu etimadı doğrultmadı", - deyə C.Məmmədov qeyd edib.

Daha geniş videomüsahibəni təqdim edirik:

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.