Hadisə

Minaya düşən Həsənəli - Ən böyük dəstəyi sevgilimdən gördüm - FOTO

3 İyul 2024 16:53
Baxış: 2 805
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

16:53

"I cəhd üçün magistraturaya qəbula bir həftə qalmış minaya düşdüm və imtahanda iştirak edə bilmədim".

Milli.Az xəbər verir ki, bu sözləri AzEdu.az-a müsahibəsi zamanı bu ilin fevralın 4-də Tərtər rayonu Qızıloba kəndi ərazisində heyvanları örüş sahəsindən gətirərkən minaya düşən və sol ayağı topuqdan amputasiya olunan Həsənəli Əlizadə deyib.

Belə ki, o, 2022-ci ildə Bakı Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirib və I cəhd magistraturaya qəbul imtahanına bir həftə qalmış, minaya düşüb.

- Həsənəli, 5 ay əvvəl səninlə əlaqə saxlayanda gələcək hədəflərin barədə tamam ümidsiz danışırdın. Necə oldu ki, ikinci cəhdə hazırlaşmaq qərarı verdin?

- Mən, I cəhd üçün magistraturaya qəbula bir həftə qalmış minaya düşdüm və imtahanda iştirak edə bilmədim. Ağrılarım çox olduğundan çox az, cəmi 1 aydan qısa müddətdə II cəhdə hazırlaşdım. Bazam olduğu üçün çətin olsa da, bunu bacardım və Xəzər Universitetinin mühasibat uçotu və audit ixtisasına qəbul olundum.

- O vaxt dövlət qulluğuna da hazırlaşdığını bildirirdin. İndi yenidən cəhd edəcəksən?

- Əlbəttə. Həyat davam edir. BB4 sertifikatım var, amma, inşallah, avqustun 11-də BA növü üzrə yenidən imtahana daxil olacağam. Hazırda bunun üçün çalışıram.

- Əminəm ki, həmin imtahandan da uğur qazanacaqsan. Hazırlaşmağında, oxumağında ən böyük dəstəkçin kim oldu? Necə qərara gəldin ki, artıq başlamağın vaxtıdır?

- Ən böyük dəstəyi ailəmdən, yaxınlarımdan, eləcə də sevgilimdən gördüm.

- Cavablar elan olunanda özünü necə hiss edirdin?

- Şükür edirəm ki, təhsil sahəsində uğurlarım çox olub, amma o hadisədən sonra bu sevinci yaşamağım ayrı bir hiss idi. O an bir qədər kövrəldim.

- Gələcək hədəflərin sırasında nə var?

- Hədəflər gəldiyin vəziyyətə və zamana görə dəyişir. Hazırda gələcək üçün ilk hədəfim avqust imtahanında BA1 sertifikatını alıb, Mərkəzi İcra Hakimiyyəti Orqanlarının (MİHO) hansısa birinin aparatında işləməkdir.

- Çox gözəl. Həsənəli, sol ayağın topuqdan amputasiya olunmuşdu. Hazırda yerimək üçün hansısa vasitədən istifadə edirsən?

- Protez taxıram, ancaq yüksək texnologiyalı olmadığı üçün ağrı verir, əziyyət çəkirəm. Buna görə əsadan da istifadə edirəm.


14:44
-------------

Bakı Dövlət Universitetini (BDU) 2022-ci ildə fərqlənmə ilə bitirən məzun Həsənəli Əlizadə magistraturaya qəbul olub.

Milli.Az xəbər verir ki, bu barədə "Azərbaycan Universitetləri" səhifəsi məlumat yayıb.

Bildirilir ki, H.Əlizadə bir müddət öncə Tərtərdə minaya düşərək ayağının birini itirib. Bu səbəbdən də o, Varşava Dövlət Universitetinə tam təqaüdlə qəbul olsa da, təhsilini davam etdirə bilməyib.

Həyat eşqi çox olan Həsənəli təkrar hazırlaşaıb və 65 bal toplayaraq Xəzər Universitetinə qəbul olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.