Siyasət

15 yaşlı şuşalı qızla Prezidentin dialoqu

5 İyul 2024 23:02
Baxış: 1 155

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, ölkəmizdə səfərdə olan Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov iyulun 5-də Şuşada 23 binadan ibarət birinci yaşayış kompleksində və Aşağı Gövhər Ağa məscidində olub, şəhəri gəziblər.

Milli.Az xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə Şuşa şəhərinin sakinləri ilə söhbət edib:

Prezident İlham Əliyev: Gəl, qızım, gəl.

Şuşalı qız: Necəsiniz?

Prezident İlham Əliyev: Sağ ol, sən necəsən?

Şuşalı qız: Çox sağ olun, yaxşıyam.

Prezident İlham Əliyev: Gəl şəkil çəkdirək. Neçə yaşın var sənin?

Şuşalı qız: Mənim 15 yaşım var. Birini də bizim telefonla çəkdirə bilərik?

Prezident İlham Əliyev: Olar, əlbəttə.

Aydın Kərimov: "Türk dünyasının gənclər paytaxtı"nın açarını bu qıza təqdim etmişdilər.

Prezident İlham Əliyev: Nə yaxşı. Yəqin sentyabrda məktəbə də gedəcəksən?

Şuşalı qız: Bəli. Sizin çox gözəl sözləriniz var: "Əziz Şuşa, sən azadsan. Əziz Şuşa, biz qayıtmışıq. Şuşa bizimdir! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan xalqı! Eşq olsun Azərbaycan xalqına, Azərbaycan Ordusuna!".

Prezident İlham Əliyev: Sağ ol, qızım.

Şuşalı qız: Çox sağ olun, minnətdaram.

Prezident İlham Əliyev: Sağ ol.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.