Tarixi səhvlər və bugünkü populizm
Azərbaycanın son otuz illik siyasi panoramasına diqqətlə baxanda açıq görünür ki, bəzi şəxslər özləri üçün tarixi süni şəkildə silməyə, yaddaş boşluğu yaratmağa çalışırlar. Bu sırada ilk ağla gələn fiqurlardan biri Əli Kərimlidir. Onun siyasətdə tutduğu mövqe, dedikləri ilə etdikləri arasındakı fərq, xüsusilə də Qarabağ məsələsindəki ziddiyyətlər bu gün gənc nəsil üçün ciddi suallar doğurur.
1990-cı illərin əvvəllərinə qayıtsaq, Azərbaycan torpaqları ard-arda işğal olunanda, hər gün kəndlər, rayonlar əldən gedəndə, cəbhədən gələn xəbərlər faciələrə çevriləndə Əli Kərimli və onun həmfikirləri xalqın qarşısına çıxmağa cəsarət etmirdilər. Onların üzündə qorxu, siyasi məsuliyyət yükündən yayınma vardı. Hətta sadə bir təsəlli, bir arxayınlıq mesajı belə xalqdan əsirgənirdi.
Amma zaman dəyişdi. Vətən müharibəsi Azərbaycanı tarix qarşısında tam başqa mövqeyə gətirdi. Gənclərimiz, şəhidlərimiz, qazilərimiz canları bahasına torpaqları azad etdilər. Bu qələbənin təməlində onların qanı, xalqın birliyi və dövlətin iradəsi dayanır. Bu gün Azərbaycan xalqı başını dik tutursa, bunun Əli Kərimli ilə yaxından-uzaqdan əlaqəsi yoxdur. Əksinə, onun və onun silahdaşlarının vaxtilə buraxdığı səhvləri düzəltmək üçün minlərlə qəhrəman gənc şəhid olub.
Həmin torpaqlar işğal olunanda xalqın üzünə baxa bilməyən, qorxudan gizlənən Əli Kərimli indi utanmadan şəhid ailələrinə başsağlığı mesajları göndərir, manipulyativ açıqlamalar verir, özünü milli faciənin "hissədarı" kimi göstərməyə çalışır. Əslində isə bugünkü şəhidlərimizin qanında onun da məsuliyyəti var. Çünki onlar məhz Əli Kərimlinin təmsil etdiyi hakimiyyətin vaxtilə "satdığı" torpaqları geri almaq üçün canlarından keçiblər.
Əli Kərimli bu gün sosial şəbəkələrdə və bəyanatlarında özünü guya milli maraqların müdafiəçisi kimi göstərir. Lakin, torpaq gedəndə səsi çıxmayanın, xalqın üzünə baxmaqdan çəkilənin, məsuliyyət daşımayanın bu gün şəhidlərin ruhuna sığınmaq haqqı yoxdur. Əksinə, həmin dövrün səhvlərini etiraf etmək, gənclərin qanı bahasına düzəldilən faciələrin məsuliyyətini boynuna almaq lazımdır.
Əli Kərimlinin bugünkü mövqeyi bir növ "siyasi amneziya"ya bənzəyir. Yəni, yaddaşını itirmiş kimi davranır, amma xalq yaddaşını itirməyib. Azərbaycan cəmiyyətinin gözündə o, məhz torpaqlar gedəndə susan, torpaqlar qayıdanda isə yalançı populizmə əl atan bir obraz olaraq qalır.
Bir növ "tarixi komediya"ya çevrilən situasiya ilə üz-üzəyik. Bir tərəfdə minlərlə şəhid və qazi, digər tərəfdə isə siyasi amneziya ilə yaşayan bir fiqur... Sosial şəbəkələrdə və mediada göstərdiyi milli hisslər, keçmişin qorxu dolu sessiyalarını və pasivliyini ört-basdır edə bilmir.
Onun bugünkü bəyanatları yalnız manipulyativ və populist səhnə effekti yaradır. Siyasətdə məsuliyyət, sözlərlə yox, əməllərlə ölçülür. Xalq yaxşı bilir ki, torpaq itiriləndə üzünü göstərməyən, torpaq qayıdanda isə populyar duyğulara sığınan hər hansı bir siyasi fiqur, özünü qəhrəman kimi göstərmək hüququna sahib deyil.
İsmayıl
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan-Gürcüstan əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub - (Foto)
-
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü
-
Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik
-
Prezident İlham Əliyev: COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik
-
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb
-
Azərbaycan ATƏT-də Ermənistanla bağlı mühüm çağırış etdi - (Video)
XƏBƏR LENTİ
-
Kayli serialda baş rolu canlandıracaq
-
Məktəblinin öldürüldüyü dava sentyabrın 24-dən başlayıbmış - təfərrüat - (video)
-
Günün qoroskopu: İçinizdəki dahi üzə çıxmağa çalışır
-
Suriyadan 13 nəfər Azərbaycana repatriasiya edilib
-
Kənd toyuğu bahalaşdı - (Video)
-
Kriştiano Ronaldo sükutu pozdu
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
Futbol dünyasının sərvəti: Ən çox qazanan 10 futbolçu
-
Elgün Rəsulova vəzifə verildi
-
"Günəşin doğduğu yer" serialındakı pul səhnəsi birmənalı qarşılanmadı - (Video)
-
"Mançester Siti"nin apellyasiya şikayətinə ikinci ağır zərbə
-
Aygün Kazımova evindən video paylaşdı
-
"Real Madrid"in 2027 yayı üçün əsas transfer hədəfləri bəlli olub
-
Qazaxda öldürülən gənc hərbi xidmətdən yeni qayıdıbmış
-
Tacir Şahmalıoğlu xəstəliyini açıqladı - (Video)
-
Yeni dərman istehsalı qiymətlərin ucuzlaşmasına səbəb olacaq? - Ekspert açıqladı
-
“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib - (Foto)
-
EIA 2027-ci ildə Azərbaycanda neft hasilatı üzrə proqnozunu artırıb
-
Paşinyan Ermənistanda tutulan Azərbaycan əsgəri haqqında danışıb
-
Transxəzər nəqliyyat dəhlizi səyahət müddətini 66 faizə qədər azalda bilər
-
Gəmidə yaralanan Coşqunun (Fotosu)
-
298 kilodan dünya çempionatına: 193 kq arıqladı - (Foto)
-
Faciəli şəkildə ölən 17 yaşlı Elcanın (Fotosu)
-
Gürcüstanda müxalifət partiyaları ləğv edilə bilər





