Rusiya

Rusiyada 3 azərbaycanlıdan biri göldə boğuldu - Anbaan görüntülər

5 İyul 2024 20:49
Baxış: 1 359
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Samara vilayətində azərbaycanlı kişi su anbarında boğulub.

Milli.Az lent.az-a istinadən bildirir ki, 3 azərbaycanlı su anbarına çimməyə gəlib. Onlar suda üzdükləri əsnada sahildə mahnı qoşublar və spirtli içki içiblər.

Ancaq bu an faciə baş verib. Onlardan biri suda boğulub. Digərlərinin onu qurtarmaq cəhdləri isə faydasız olub.

Nəticədə kişinin meyiti sudan çıxarılıb. Məlum olub ki, kişilərdən heç biri üzməyi bacarmır.

Hadisə zamanı ərazidə olan yeniyetmələr faciəni telefona lentə alıblar. Görüntüləri təqdim edirik:

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.