Siyasət

“Orada da olacaq...” demişdi - Sözünü yenə tutdu!

5 İyul 2024 22:50
Baxış: 922

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Xankəndi şəhərində əsaslı təmir və bərpadan sonra "Qarabağ" hotelinin açılışında iştirak edib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, Xankəndidə "Qarabağ" hotelinin açılışı 3 il əvvəl Prezident İlham Əliyevin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla olan maraqlı dialoqunu yenidən gündəmə gətirib.

Belə ki, 2021-ci ilin iyunun 15-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan Şuşaya səfər ediblər. Səfər zamanı dövlət başçıları Şuşanın ətraf ərazilərini seyr ediblər. Həmin an liderlər arasında maraqlı dialoq yaşanıb:

İlham Əliyev: O yer ki var, bax o iki dağın arası... Ora da Xankəndi şəhəridir.

Rəcəb Tayyib Ərdoğan: Hotel oradadır?

İlham Əliyev: (Gülərək) Orada da olacaq!

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.