Türkiyə

Təcili yardıma yol verməyən sürücü 342 manat cərimələndi

5 İyul 2024 22:52
Baxış: 968
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İstanbulun Küçükçekmece rayonunda sol zolaqla hərəkət edən avtomobilin sürücüsü təcili yardıma yol verməyib.

Milli.Az lent.az-a istinadən bildirir ki, həmin görüntülər sosial şəbəkələrdə yayılandan sonra sürücü haqqında tədbir görülərək ona 6588 lirə (342 AZN) inzibati cərimə yazılıb.

Bildirilir ki, həmin avtomobilin sürücüsü Küçükçekmece rayonundan keçən D-100 şosesində irəliləyən təcili yardım avtomobilinə uzun müddət yol verməyib. Hadisə xəstənin yaxını tərəfindən telefon vasitəsilə qeydə alınaraq sosial şəbəkələrdə paylaşılıb.

Daha sonra İstanbul Polis İdarəsi Yol Polisi Şöbəsinə həmin avtomobili tapmaq əmr olunub. Avtomobilin sürücüsü aidiyyatı üzrə saxlanılaraq ona cərimə yazılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.