Metanol zəhərlənməsi ilə bağlı xəbərdarlıq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Alkoqol qəbulundan 12-48 saat sonra yaranan görmənin dumanlanması, göz qarşısında "şimşəklər"in görünməsi və kəskin zəiflik təhlükəli metanol zəhərlənməsinə işarə edir.
Milli.Az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin Birlik və İnkişaf məsələləri üzrə departamentinin (FCDO) ekspertləri xəbərdarlıq ediblər.
Ekspertlər vurğulayırlar ki, adi "sərxoşluq sonrası" yaranan baş ağrısı, susuzluq, ürəkbulanma, bədəndə ağrılar və bağırsaq pozuntuları kimi simptomlar adətən bir neçə saat ərzində keçib gedir. Lakin vəziyyət adi haldan çox daha ağır olarsa və ya ona yeni simptomlar əlavə olunarsa, bu, dərhal tibbi yardıma müraciət etmək üçün ciddi əsasdır.
Xüsusilə təhlükəli hesab edilən simptomlar şüurun qarışması, kəskin zəiflik, koordinasiya problemləri, qıcolmalar kimi nevroloji pozuntulardır. Daha bir mühüm əlamət isə görmə ilə bağlı pozuntuların yaranmasıdır. Bu cür əlamətlər çox vaxt metanol zəhərlənməsi ilə müşayiət olunur. Metanol isə adətən saxta və ya qeyri-fabrik üsulla istehsal olunmuş alkoqollu içkilərdə rast gəlinir.
Metanol texniki spirtdir və ağacın distillə edilməsi yolu ilə əldə edilir. O, antifriz, yanacaq və boya həllediciləri kimi müxtəlif kommersiya məhsullarının tərkibində olur. Metanoldan spirtli içkilərin saxtalaşdırılmasında da istifadə edilir, onu içkilərin əsas komponenti olan etanolla qarışdırırlar.
Metanol ciddi nevroloji fəsadlara, hətta ölümə səbəb ola bilər. Britaniya tərəfi içkinin təhlükəli olub-olmadığını xarici görünüşə görə ayırmağın mümkün olmadığını bildirir.
FCDO bu riskə görə səyahətçilərin ehtiyatlı olması tövsiyə edilən ölkələrin siyahısını genişləndirib. Siyahıya Türkiyə, Tailand, Fidji, Vyetnam, Yaponiya və Meksika da daxil edilib
Mina Mikayılova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Misir Səudiyyə Ərəbistanına yardım edəcək
-
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi
-
Boksçularımız dünya çempionatında mübarizəyə başlayırlar
-
İstanbulda itkin düşən Türkmənistan vətəndaşının meyiti tapıldı
-
Hindistanda yük maşını ibadət yerinə girdi - Çoxlu sayda ölən var
-
Ukrayna Rusiya ordusunun hərbi obyektlərini vurdu
-
Belarus Milli Kitabxanasının binası Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
-
Azərbaycanda sarı və narıncı xəbərdarlıq verildi
-
“Sabah” - “Borussiya” oyununu bu hakim idarə edəcək
-
İranın yeni müdafiə naziri seçildi
-
İran ABŞ-a çata bilən raketlər hazırlayır
-
TDT Baş katibindən Azərbaycana təbrik
-
Ayın 19-da güclü külək olacaq - Proqnoz
-
Lökbatanda anbarda yanğın baş verib
-
Qara dənizdə yük gəmisi vuruldu
-
Türkiyə XİN Azərbaycanı təbrik etdi
-
Salyanda ağır qəza - Xəsarət alanlar var
-
“Uzak şehir”də rol alacaq
-
"Turan Tovuz" "İmişli"yə, "Zirə" "Kəpəz"ə qarşı
-
Kürdəmirdə qatar 50 yaşlı kişini vuraraq öldürdü
-
Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib - (Foto)
-
Azərbaycan güləş üzrə U-23 dünya çempionatında növbəti medallarını qazanıb
-
“Qəlbimizdə yaşayanlar”: III Beynəlxalq Fidan Hacıyeva Opera Festivalı çərçivəsində duyğulu konsert keçirilib - (Foto)
-
Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir





