Siyasət

Ceyhun Bayramov Şuşada Hakan Fidanla görüşdü

5 İyul 2024 23:00
Baxış: 603

Xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla regional məsələləri müzakirə edib.

Milli.Az xəbər verir ki, bu barədə Azərbaycanın baş diplomatı sosial şəbəkədə bildirib.

"Şuşada keçirilən Türk Dövlətlərin Təşkilatının qeyri-rəsmi Zirvə Görüşü çərçivəsində Xarici İşlər Nazirləri Şurasının İclasından öncə qardaş Türkiyənin xarici işlər naziri Hakan Fidanla müttəfiqlik, regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında faydalı fikir mübadiləsi apardıq", - o qeyd edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.