Maraqlı

Ayın sonuna qədər bu bürclər varlanacaq

5 İyul 2024 08:44
Baxış: 11 703
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu ayın sonu bəzi bürclər üçün inanılmaz fürsətlər yaranacaq.

Milli.Az baku.ws-ə istinadla bildirir ki, əsasən də maddi baxımdan 3 bürc üçün əlverişli olacaq.

Astroloqlara görə, Xərçəng, Əqrəb və Balıqlar üçün "göydən pul yağacaq".

Xərçəng bürcünün nümayəndələri çox işləməklə böyük gəlir əldə edə biləcəklər. İşlədiklərinin əvəzini artıqlaması ilə ala biləcəklər.

İşsizlər üçün ayın sonunda yeni iş təklifləri gözlənilir. Ailə vəziyyətilə bağlı bir az sıxıntılar ola bilər. Lakin bu Xərçənglərin yaşayış tərzinə mənfi təsir etməyəcək.

Əqrəblər üçün ayın ortasından başlayaraq inanılmaz xoş keçəcək. Böyük gəlir əldə edəcəklər. Çoxlu pul qazanmaqla yanaşı, maraqlı anlar yaşayacaqlar. Yeni insanlarla tanış olacaqlar. Əyləncəli istirahət Əqrəb bürcünün nümayəndələrinin həyatını daha da maraqlı edəcək.

Balıqlar ayın sonunda sanki CEK POT uducaqlar. Qazancları gözlənilmədən hədsiz dərəcədə artacaq. Özləri belə baş verənlərə inanmayacaqlar. Bu bürc işarəsi altında doğulanlar ümumiyyətlə ayın sonuna qədər heç bir problem yaşamayacaqlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.