Dünya

Ermənistanda zəlzələ oldu

7 İyul 2024 22:53
Baxış: 1 350
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanın Şirak vilayətində 3,6 maqnitudalı (Ml) zəlzələ olub.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi bildirib.

Qeyd olunub ki, zəlzələnin episentri Ermənistanın Türkiyə ilə həmsərhəd bölgəsində olub. Yeraltı təkanların ocağı 25,84 km dərinlikdə yerləşib.

Ermənistanın Daxili İşlər Nazirliyi isə təbiət hadisəsinin yerli vaxtla saat 22:05-də (Bakı vaxtı ilə eynidir) vilayətin Bavra kəndindən 17 km şimal-şərqdə yerləşib. DİN yeraltı təkanların 3-4 maqnituda aralığında baş verdiyini vurğulayıb:

"Şirak vilayətinin Sarağyuğ, Bavra, Tavşut, Qazançı və Aşotsk kəndlərində, Lori vilayətinin Sarçapet və Paxxbyur kəndlərində də hiss olunub".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.