Azərbaycan dollardan imtina edə bilər? - AÇIQLAMA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rusiyanın Çindəki səfiri İqor Morqulov BRİKS ölkələrinin dollardan imtina etməsinin mükünlüyündən danışıb. O, vahid valyuta üzərində danışıqlar aparıldığını bildirib.
Sitat: "Biz dolların üstünlük təşkil etdiyi məkanı tərk edirik və həqiqətən müstəqil maliyyə sistemi üçün mexanizm və alətləri inkişaf etdiririk. Onun yaradılması yaxın gələcəkdə mümkün deyil, lakin bu istiqamətdə atılan addımlar göz qabağındadır".
Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısında BRİKS-ə üzv olmaq arzusunu ifadə edib. Ölkəmizin Şərq Blokuna yaxınlaşması açıq görünür. Bu, deməyə əsas verirmi, Azərbaycan gələcəkdə dollardan imtina edə bilər?
Mövzunu globalinfo.az-a şərh edən İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyevin sözlərinə görə, dollardan imtina məsələsi beynəlxalq qlobal maliyyə böhranından sonra aktuallaşıb.
O deyib ki, bu məsələ aktuallaşsa da, reallaşdırılmayıb:
"Bunun səbəbi ondan ibarətdir ki, həmin ölkələr dollara alternativ olaraq onu əvəz edən və ya öz valyutaları ilə ticarət məsələsində müəyyən diskussiyalar aparırlar. BRİKS ölkələri arasında da dollarla mübadilə məsələsi hələ ki, dövlətlərin alış-satışında həyata keçirmə ilə olur. Çünki adi şirkətlər arasında beynəlxalq ticarətdə yenə də dollardan istifadə edilir".
İqtisadçının fikrincə, Azərbaycanın hazırda dollardan imtina etməsi gözlənilmir:
"Azərbaycanın ikitərəfli münasibətləri, Türkiyə, Rusiya ilə əlaqələri var və bəzi hallarda ikitərəfli müqavilələrdə bu məsələlər nəzərə alınır. Bəzən də həyata keçirilir. Sadəcə, bunu geniş bir şəkildə etmək olmur. Bir sözlə, dollardan tamamilə imtina məsələsi hələ gündəmdə deyil. Çünki onun maliyyə və iqtisadi əsaslandırılması olmalıdır".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Oğuzda 28 yaşlı kişi evində ölü tapıldı
-
Paolo Maldiniyə yeni vəzifə verildi
-
Bakıda mağazadan terminal oğurlandı - (Video)
-
Rüfət Axundov "Lamborghini"si ilə - (Video)
-
Şuşa Media Forumu: Azərbaycan artıq haqlı olduğunu izah etmir, yeni gündəmi özü diktə edir
-
BYD-dən tarixi səhv: Mindən çox avtomobil yanlış model kimi satılıb
-
Mateus Silva "Qarabağ"dan ayrılır? - Qurban Qurbanov qərarını verdi
-
Şuşadan dünyaya mesaj - Heç kim və heç nə əvvəlki deyil!
-
Haluk Levent zəlzələ qurbanları üçün alınan evlərdən milyonlarla dollar mənimsəyib
-
Səfər ayı iyulun 15-də başlayacaq
-
Safurə 4-cü dəfə ana olacaq - (Foto)
-
Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda iştirakını əks etdirən kadrlar dövlət başçısının sosial şəbəkə hesablarında yayımlanıb - (Video)
-
DÇ-2026: Fransa - İspaniya matçını o idarə edəcək
-
"Yura dövrü parkı" filminin aktyoru vəfat etdi - (Foto)
-
Humayla İlhamə Qasımova qol güləşdirdi – Qalib təəccübləndirdi - (Video)
-
56-cı Beynəlxalq Fizika Olimpiadasında Azərbaycan komandası 3 gümüş və 2 bürünc medal qazanıb - (Foto)
-
Bank kartı məlumatlarınızı heç kimlə paylaşmayın - DİN çağırış edir
-
Suraxanıda 14 İyul küçəsi və parkda abadlıq işləri aparılıb - (Foto)
-
Piyadalar motosikleti aşırıb yaralı sürücünü yolda qoyub qaçdılar - VİDEO
-
Britaniya nəşri Cəlilabaddaki nadir tapıntıdan yazdı
-
Prezident İlham Əliyev: Bizim üçün yeganə risk Azərbaycanı müəyyən avantüralara cəlb etmək cəhdləridir
-
"Tarqovu"da əcnəbilərin Azərbaycan mahnısına maraqlı rəqsi - (Video)
-
Prezident İlham Əliyev: Bizim üçün yeganə risk Azərbaycanı müəyyən avantüralara cəlb etmək cəhdləridir
-
Qonşular arasında mübahisə qanla nəticələndi





