Ölkə

Suraxanıda 14 İyul küçəsi və parkda abadlıq işləri aparılıb - (Foto)

13 İyul 2026 13:31
Baxış: 307
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Paytaxt ərazisində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən rayonun 14 İyul küçəsi və ərazidəki parkda abadlıq işləri həyata keçirilib.

Milli.Az xəbər verir ki, görülən işlər nəticəsində həm ərazinin infrastrukturunu yenilənib, həm də sakinlər üçün rahat istirahət məkanları yaradılıb.

Burada Heydər Əliyev bulağı, Yeni Suraxanı parkı, Şəhidlər abidəsi və 14 İyul küçəsindəki abidə yenidən qurulub, yol kənarındakı obyektlərin fasadları üzlənib, hasarlarda suvaq və rəngləmə işləri aparılıb. Küçə boyu asfalt örtüyü yenilənib, tamet döşəmə və bordürlar çəkilib, piyadaların rahat və maneəsiz hərəkəti üçün müvafiq infrastruktur yaradılıb. Yaşıllaşdırma işləri çərçivəsində əraziyə 500 ədəd yeni şam ağacı əkilib və qazon örtüyü çəkilib.

Yeni Suraxanı parkı əsaslı təmir edilib, sakinlərin istirahəti, uşaqların və gənclərin asudə vaxtlarını səmərəli keçirilmələri üçün tam şərait yaradılıb. Bütün yaş qruplarına aid vətəndaşlar nəzərə alınaraq onlar üçün xüsusi guşələr yaradılıb. 2 yeni söhbətgah və parkın ərazisində müasir işıqlandırma sistemləri və 50 ədəd yeni oturacaq quraşdırılıb. Parkın ətrafında təhlükəsizliyi təmin etmək məqsədilə dəmir məhəccərlər qurulub.

Həyata keçirilən bu işlər ərazinin həm görünüşünü müasirləşdirib, həm də sakinlər üçün daha rahat və təhlükəsiz mühit yaradıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.