İdman

"Qarabağ" DÇ-2026-nın iştirakçısını transfer edir

12 İyul 2026 16:26
Baxış: 509
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Qarabağ" heyətini yeni müdafiəçi ilə gücləndirməyə hazırlaşır.

Milli.Az Offsideplus.az-a istinadən bildirir ki, Ağdam klubu Serbiya "Partizan"ında çıxış edən Nihad Muyakiçin keçidini bitirmək üzrədir.

"Qarabağ" bosniya və herseqovinalı stoperin transferi üçün qarşı tərəflə danışıqları davam etdirir. Keçidin yaxın vaxtlarda rəsmiləşəcəyi gözlənilir.

Qeyd edək ki, "Partizan"la 2027-ci ilin yayınadək müqaviləsi olan 28 yaşlı mərkəz müdafiəçisi karyerası ərzində "Sarayevo", "Kortreyk", "Hayduk", "Vaasland-Beveren", "Ankaragücü" və "Eyüpspor" kimi klubların da formasını geyinib.

Bosniya və Herseqovina yığmasında 12 matçda 1 qol vuran Muyakiç DÇ-2026-nın iştirakçısı olsa da, komandasının qrupdakı 3 oyununda və 1/16 final qarşılaşmasında meydanda olmayıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.