İran

“ABŞ ya vədlərinə əməl etməli, ya da bədəlini ödəməlidir”

12 İyul 2026 16:16
Baxış: 450
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"ABŞ ya verdiyi vədləri yerinə yetirməli, ya da bunun bədəlini ödəməyə hazır olmalıdır".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  bu barədə İran Parlamentinin sədri Məhəmməd Baqir Qalibaf "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Spiker vurğulayıb ki, artıq "birtərəfli razılaşmalar dövrü" başa çatıb.

M.B.Qalibaf paylaşımına Vaşinqton və Tehran arasında iyun ayında imzalanmış qarşılıqlı anlaşma memorandumunun bəndlərindən birinin fotosunu da əlavə edib. Şəkildə xüsusi qeyd edilən hissədə Hörmüz boğazında hərəkətin təşkilinə görə birbaşa İranın məsuliyyət daşıdığı bildirilir.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.