Afaq Bəşirqızı: "Evləndiyim günün səhəri polis gəlib kişini apardı"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xalq artisti Afaq Bəşirqızı şəxsi həyatı ilə bağlı maraqlı xatirələrini bölüşərək həyat yoldaşı ilə tanışlığının necə başladığını danışıb.
Milli.Az-ın məlumatına görə, aktrisa bildirib ki, həmin dövr onun həyatının ən çətin mərhələlərindən biri olub. O, İncəsənət Universitetində təhsil aldığı illərdə tanınmış şəxslərin övladlarının paytaxtda işləməsinə məhdudiyyət qoyulduğunu, bu səbəbdən isə Sumqayıt Teatrına işə düzəldiyini söyləyib.
Afaq Bəşirqızının sözlərinə görə, gələcək həyat yoldaşı ilə ilk qarşılaşmaları isə heç də xoş başlamayıb.
"Biz nahardan qayıdırdıq. Elə bildim ki, mənə söz atıb. Yeni çanta almışdım, üç aylıq maaşımla hissə-hissə ödəyəcəkdim. Çantamla onu vurmaq istəyəndə çantanı havada tutdu və cırdı. Aramızda böyük mübahisə yarandı, hətta iş polisə qədər gedib çıxdı. Üstündən 40 ildən çox keçib, amma hələ də sübut edə bilmirəm ki, mənə söz atmışdı, boynuna almır", - deyə aktrisa gülərək bildirib.
Sənətçi daha sonra evliliklərinin ilk günündə yaşanan maraqlı hadisəni də xatırladıb. O bildirib ki, toylarının səhəri həyat yoldaşı polis tərəfindən aparılıb.
"Evləndiyim günün səhəri gəlib kişini apardılar. Hamı məndən xahiş edirdi ki, şikayət ərizəmi geri götürüm. Amma unutmuşdum. Sonra cəriməmizi ödədik, ərimi də buraxdılar", - deyə Afaq Bəşirqızı əlavə edib.
Xalq artistinin illər sonra danışdığı bu maraqlı həyat hekayəsi sosial şəbəkələrdə izləyicilərin marağına səbəb olub və müxtəlif reaksiyalarla qarşılanıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Afaq Bəşirqızı: "Evləndiyim günün səhəri polis gəlib kişini apardı"
-
Türkan Şoray imtina etdiyi "Çalı kuşu" serialından danışdı - (Video)
-
Türkan Vəlizadə: "Ailə-uşaq istəmirəm, taqətim yoxdur"
-
Əminə Şirin: "Demək ki, o ibadət sənə heç nə öyrətməyib"
-
Yıldız Tilbenin bu rəqsi gündəm oldu – (Video)
-
Avroviziya təmsilçimiz hovuzdan yarı çılpaq fotosunu yaydı
XƏBƏR LENTİ
-
Bank kartı məlumatlarınızı heç kimlə paylaşmayın - DİN çağırış edir
-
Suraxanıda 14 İyul küçəsi və parkda abadlıq işləri aparılıb - (Foto)
-
Piyadalar motosikleti aşırıb yaralı sürücünü yolda qoyub qaçdılar - VİDEO
-
Britaniya nəşri Cəlilabaddaki nadir tapıntıdan yazdı
-
Prezident İlham Əliyev: Bizim üçün yeganə risk Azərbaycanı müəyyən avantüralara cəlb etmək cəhdləridir
-
"Tarqovu"da əcnəbilərin Azərbaycan mahnısına maraqlı rəqsi - (Video)
-
Prezident İlham Əliyev: Bizim üçün yeganə risk Azərbaycanı müəyyən avantüralara cəlb etmək cəhdləridir
-
Qonşular arasında mübahisə qanla nəticələndi
-
Prezident İlham Əliyev: Bu gün Azərbaycan cəmiyyətindəki birliyə oxşar mənzərə tapmaq çətindir
-
Prezident İlham Əliyev: Azərbaycan və Qazaxıstan Xəzərin hər iki sahilində yerləşən ölkələr olaraq çox fəal əməkdaşlıq edirlər
-
Prezident İlham Əliyev Şuşa Forumunda BMT-də islahatlar məsələsinə toxunub
-
İsmayıllıda 5 yaşlı uşaq hovuzda üzərkən öldü
-
Prezident İlham Əliyev: Pakistanın vasitəçilik səyləri onun beynəlxalq səviyyədə böyük hörmətə malik olduğunu göstərir
-
Prezident İlham Əliyev: Mərkəzi Asiya və Azərbaycan vahid bir iqtisadi və siyasi məkanda birləşir
-
Pensiyalar sabah ödəniləcək
-
Afaq Bəşirqızı: "Evləndiyim günün səhəri polis gəlib kişini apardı"
-
Prezident İlham Əliyev: Orta Dəhliz boyunca yerləşən ölkələrlə çoxtərəfli əməkdaşlıq inkişaf etdirilir
-
Prezident İlham Əliyev Azərbaycan–Yaponiya əlaqələrinin inkişaf potensialından danışıb
-
Prezident İlham Əliyev: Bu gün daha çox sayda Çin şirkəti Azərbaycanda fəaliyyət göstərir
-
Sabah 39 dərəcə isti olacaq
-
Prezident İlham Əliyev: Azərbaycanın regional məsələlərdə rolu artmaqdadır və bu, müsbət roldur
-
Prezident İlham Əliyev: Cənubi Qafqaz geosiyasi qarşıdurma arenası kimi qəbul edilməməlidir
-
Türkan Şoray imtina etdiyi "Çalı kuşu" serialından danışdı - (Video)
-
Prezident İlham Əliyev: Cənubi Qafqazda vəziyyət kəskin şəkildə dəyişib





