Təhsil

56-cı Beynəlxalq Fizika Olimpiadasında Azərbaycan komandası 3 gümüş və 2 bürünc medal qazanıb - (Foto)

13 İyul 2026 13:46
Baxış: 190
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

4-12 iyul tarixlərində Kolumbiyanın Bukaramanqa şəhərində keçirilən 56-cı Beynəlxalq Fizika Olimpiadasında (IPhO 2026) Azərbaycan komandası 3 gümüş və 2 bürünc medal qazanıb.

Belə ki, Sumqayıt şəhəri Nizami Gəncəvi adına Texniki və təbiət elmləri liseyinin XI sinif şagirdi Zeynəb Məhəmmədli, Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziyanın XI sinif şagirdi Bəxtiyar Ağayev və Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin XI sinif şagirdi Murad Xəlil gümüş medala layiq görülüblər.

Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Raiq Babazadə və Bakı şəhəri Texniki-humanitar liseyin XI sinif şagirdi Məhəmməd Cəfərli isə bürünc medal qazanıblar.

Qeyd edək ki, Azərbaycan məktəbliləri Beynəlxalq Fizika Olimpiadasında əldə etdikləri bu nəticə ilə son 20 ilin ən yüksək göstəricisinə imza atıblar.

Beynəlxalq Fizika Olimpiadası məktəblilər arasında fizika fənni üzrə keçirilən ən nüfuzlu beynəlxalq bilik yarışlarından biridir. Cari ildə keçirilən olimpiadada dünyanın müxtəlif ölkələrindən yüzlərlə məktəbli iştirak edib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.