Şuşadan dünyaya mesaj - Heç kim və heç nə əvvəlki deyil!
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Prezident İlham Əliyev dünyanı maraqlandıran suallara cavab verdi
"Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində keçirilən 4-cü Qlobal Media Forumu dünyəvi əhəmiyyətə malikdir. Forumda dünyanın müxtəlif ölkələrindən media rəhbərləri, ekspertləri və nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər. Bu baxımdan, Şuşa Qlobal Media Forumu ölkəmizin açıq dialoqa, obyektiv informasiya mühitinin formalaşdırılmasına və beynəlxalq əməkdaşlığın genişləndirilməsinə mühüm töhfə verir".
Milli.Az xəbər verir ki, bunu "Olaylar" qəzeti və "Olaylar" informasiya Agentliyinin baş redaktoru Yunus Oğuz deyib:
"Tədbirin bir gözəlliyi də ondadır ki, verilən hər bir açıq suala Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev şəxsən cavab verir və kimi hansı məsələ maraqlandırırsa, onun da cavabını alır. Əslində Forumda səslənən bütün sual və cavablar üstündə dayanmaq olar. Amma mən iki məsələnin üstündə daha diqqətlə dayanmaq istərdim. Bunlardan biri Azərbaycanın Rusiya ilə münasibətlərinə verilən cavab idi. Təbiidir ki, cavab çox professional və güclü oldu. Cavabdan da belə aydın oldu ki, nə Azərbaycan əvvəlki Azərbaycan, nə də Rusiya əvvəlki Rusiya deyil. Birmənalı şəkildə bildirildi ki, indi daha hansısa dövlətdən asılılıq olmamalıdır. Qarşılıqlı hörmət və bərabər hüquqlu əməkdaşlıq olmalı, iqtisadi münasibətlər genişlənməli, dostluq və qardaşlıq münasibətləri inkişaf etməlidir. Bu isə o deməkdir ki, Rusiyanın "Azərbaycan bizim arxa baxçamızdır" kimi iddiaları artıq arxa plandadır. Və gələcək münasibətlər yalnız qarşılıqlı əlaqələrin möhkəmlənməsindən keçir. Hesab edirəm ki, bu çox vacib bir cavabdır.
İkinci cavab isə dünyada Azərbaycanın orta güc olması məsələsinin yenidən gündəmə gətirilməsi idi. Əslində bu orta güc məsələsi çox vacib bir məsələdir. Məlumdur ki, 44 günlük Vətən müharibəsindən və 2023-cü ildə antiterror əməliyyatından sonra Azərbaycanın gücü daha da artıb. Bu gücə güc qatan 2021-ci il iyunun 15-də Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında tarixi Şuşa Bəyannaməsidir.
Azərbaycanla Türkiyənin münasibətlərinə dair verilən suala cavab olaraq cənab prezident açıq şəkildə vurğuladı ki, əgər Türkiyəyə hər hansı bir dövlət müdaxilə edərsə, Azərbaycan onunla münasibətinə baxmayaraq Türkiyənin yanında olacaqdır. Bu cavab əslində həm Türkiyəyə, həm də dünyaya mesajdır.
Çünki bunu bir dəfə Pakistanın baş naziri də demişdir ki, əgər Türkiyəyə hər hansı bir müdaxilə olarsa, Pakistan Türkiyənin yanında duracaqdır. Əgər sual verilsəydi ki, bəs Pakistanın yanında siz dura biləcəksinizmi? Cənab prezident o cavabı da verəcəkdi ki, bəli, Pakistanla da biz strateji müttəfiqik və onun yanında da duracağıq.
Bəli, dövlət başçısına çox suallar verildilər. Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda suallara cavabı zamanı incə yumorla bildirdi ki, Mixail Qusman uzun illər xidmət etdiyi agentlikdən məhz forumda Azərbaycanla bağlı müsbət mövqe sərgilədiyinə və sual ünvanladığına görə uzaqlaşdırılıb. Təbiidir ki, o qayıtdı yerinə və hətta bildirdi ki, mən burdan ezam olunmuş adam idim Moskvaya, İTAR-TASS-da işləməyə. Prezident hətta zarafatla dedi ki, elə sual verin ki, geri dönəndə sizi də çıxartmasınlar işdən. Əsas odur ki, Prezident İlham Əliyev bütövlükdə dünyanı maraqlandıran suallara cavab verdi, mesajlarını da dünyaya ötürdü.
Forumun ildən-ilə daha geniş iştirakçı coğrafiyasını əhatə etməsi, dünyanın müxtəlif ölkələrindən media rəhbərləri, ekspertləri və nüfuzlu beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirməsi onun beynəlxalq nüfuzunun davamlı şəkildə artdığını göstərir".
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Zeytun Festivalının açılışı olub - (Foto)
-
Zeytunla başlayan, musiqi ilə davam edən gün - (Foto)
-
Azərbaycan məktəblərində hicab məsələsi türkiyəli jurnalistlə müzakirə olunub
-
Xocalının 3 kəndinə 7,3 milyon manat xərclənəcək
-
Hava ilə bağlı xəbərdarlıq edildi
-
Onların maaşına 50 faizədək əlavə veriləcək
XƏBƏR LENTİ
-
Bəzi kolleclər bağlana bilər - (Video)
-
Bacısı Aygün Bəylərin qızı ilə bağlı vəsiyyətini açıqladı
-
Deputatın oğlu "Yeraz Əhməd" dava edənləri barışdırmaq istəyirmiş - (Video)
-
"Cəhənnəm Necati"yə hökm oxundu
-
“Başqa kişidən uşaq dünyaya gətirmərəm“ - Röya Ayxan
-
Engin Altana ağır itki - (Foto)
-
Azərbaycan millisi mundiala böyükhesablı qələbə ilə başladı
-
“Neftçi” - “Turan Tovuz” matçında heç-heçə, “Kəpəz”dən qələbə - Yenilənib
-
Zeytun Festivalının açılışı olub - (Foto)
-
Deputatın oğlunun iştirakı ilə cinayətdə öldürülən Ceyhunla bağlı yeni detal
-
Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş - (Foto)
-
Dünya çempionatı: Azərbaycanın iki güləşçisi finala vəsiqə qazanıb
-
Məktəblərdə hicab məsələsi dini təzyiq deyil, vahid forma qaydasıdır – Baş redaktordan açıqlama
-
"Arsenal" "Everton"u məğlub edib - İngiltərə Premyer Liqası
-
Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı - DTX-dən əməliyyat - (Foto/Video)
-
Lənkəranda balıq tutan kişi ölüb
-
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - (Foto)
-
Zığda yaşayış binasındakı yanğın söndürüldü - (Yenilənib)
-
Flora Kərimovanın vəziyyəti açıqlandl
-
Ceyhunun öldüyü dava: Tanınmış idmançı saxlanıldı
-
Zeytunla başlayan, musiqi ilə davam edən gün - (Foto)
-
“İspan simfoniyası” virtuoz skripkaçı Elvin Xoca Qəniyevin ifasında Polşada gur alqışlarla qarşılanıb - (Foto/Video)
-
Nev vəfat etdi
-
Türkiyədən Yunanıstana xəbərdarlıq





