Siyasət

Prezident İlham Əliyev Şuşa Forumunda BMT-də islahatlar məsələsinə toxunub

13 İyul 2026 12:49
Baxış: 282

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda çıxışı zamanı BMT-də islahatlar məsələsinə toxunub.

Azərbaycanın bu məsələ ilə bağlı öz rolunun olduğunu bildirən dövlətimizin başçısı deyib: "Qoşulmama Hərəkatının sədri olaraq biz islahatlarla bağlı öz versiyamızı təklif etdik. Çünki bu, əhatəli olmalıdır və təmsilçilik səviyyəsində, lazımi səviyyədə olmalıdır. Təklifimiz ondan ibarətdir ki, rotasiya şəklində bir daimi yer Qoşulmama Hərəkatının sədrinə verilməlidir və onun veto hüququ olmalıdır. Digər yer İslam Əməkdaşlıq Təşkilatına ayrılmalıdır. Çünki orada müsəlman ölkələri də təmsil olunmur. O da rotasiya ilə olmalıdır. Daha bir yer isə Afrika İttifaqına ayrılmalıdırlar. Afrika İttifaqının həmin dönəmdəki sədri orada təmsil olunmalıdır. Bu, ədalətli yanaşma olardı Təhlükəsizlik Şurasında".

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.