Siyasət

Prezident İlham Əliyev Azərbaycan–Yaponiya əlaqələrinin inkişaf potensialından danışıb

13 İyul 2026 12:21
Baxış: 250

Yaponiyaya xam neftin çatdırılması heç zaman görünmədiyi qədər vacibdir, çünki təchizat marşrutları pozulub. Azərbaycanın bu baxımdan rolu daha da artır.

Bu fikirləri Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda səsləndirib.

Dövlətimizin başçısı Yaponiya ilə müxtəlif sahələrdə yaxşı tərəfdaşlıq tarixinin formalaşdığını qeyd edib. O, həmçinin enerji sektoru ilə yanaşı, müdafiə sənayesi sahəsində də əlaqələrin genişləndirilməsi potensialının mövcudluğunu, birgə müəssisələrin yaradılmasının mümkünlüyünü vurğulayıb.

"Düzdür, hazırda layihələr daha azdır, son 5-6 il ərzində ölkələrimiz arasında diplomatik təmasları çox da görmürük. İkinci Qarabağ müharibəsindən sonra vəziyyət bu yerdədir, lakin yenə də potensial mövcuddur. Düşünürəm ki, hökumət rəsmiləri, biznes dairələri, şirkətlər arasında daha çox təmaslar olmalıdır. Belə olan halda biz əməkdaşlığımızın əlavə üstünlüklərini müəyyən edə biləcəyik", - deyə Prezident İlham Əliyev əlavə edib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.