Dünya

Ukrayna əsgərləri çayı üzüb, ruslara təslim oldular

7 İyul 2024 23:39
Baxış: 1 636
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna Silahlı Qüvvələrinin 4 əsgəri əldəqayırma salla Dneprdən keçərək Rusiya ordusuna təslim olub.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Xerson vilayətinin qubernatoru Vladimir Saldo Teleqram kanalında yazıb.

"Ukrayna əsgərləri getdikcə daha çox başa düşürlər ki, Rusiyaya qarşı döyüşməyə dəyməz. Bu gün onlardan dördü plastik butulkalardan düzəldilmiş salla Dneprdən keçərək Rusiya ordusuna təslim olublar. Çayı keçmə əvvəlcədən razılaşdırılıb, Ukraynanın keçmiş əsgərləri Teleqramda xüsusi çat botu vasitəsilə Rusiya tərəfi ilə əlaqə saxlayıblar", - o bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.