Mirzə Məhəmməd Zamanbəylinin 165 illik yubileyi qeyd olunacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
5 oktyabr 2025-ci il tarixində, saat 15:00-da görkəmli maarifçi, pedaqoq və xeyriyyəçi Mirzə Məhəmməd Zamanbəylinin 165 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək. Beynəlxalq Müəllimlər Gününə təsadüf edən tədbir "Maarif işığında: Mirzə Məhəmməd Zamanbəyli" adlanır.
Tədbirdə maarifçilik tariximizin önəmli simalarından biri olan M.M. Zamanbəylinin həyatı və çoxşaxəli fəaliyyəti işıqlandırılacaq. Qori Müəllimlər Seminariyasının ilk məzunlarından olan Zamanbəyli doğulduğu Şahbuz rayonunda şəxsi vəsaiti hesabına məktəb inşa etdirmiş, Naxçıvanda aztəminatlı ailələrə yardım göstərən xeyriyyə cəmiyyətinin əsasını qoymuşdu. O, həmçinin Azərbaycan Demokratik Respublikası dövründə Maarif Şurasının üzvü kimi çıxış etmiş və 1919-cu ildə yaradılmış Bakı Dövlət Universitetinin formalaşmasında fəal iştirak etmişdir.
Tədbirdə pedaqoji elmlər doktoru, professor, Əməkdar müəllim Rüfət Hüseynzadə, pedaqogika elmləri doktoru, professor Zəhra Muradova, Zamanbəyli nəslinin nümayəndələri və Azərbaycan Milli İncəsənət Muzeyinin (AMİM) elmi katibi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nuranə Səlimli çıxış edəcəklər.
Bundan əlavə, tədbir çərçivəsində AMİM-nin kolleksiyasında qorunan, görkəmli rəssam Bəhruz Kəngərlinin çəkdiyi Mirzə Məhəmməd Zamanbəylinin portreti nümayiş olunacaq və əsər haqqında ətraflı məlumat veriləcək.
Maarif və mədəniyyət tariximizdə silinməz iz qoymuş bu dəyərli şəxsiyyətin irsi ilə yaxından tanış olmaq istəyən hər kəs tədbirə dəvət olunur.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Virtuoz skripkaçı Elvin Hoca Qəniyev Filarmoniyanın yubileyi münasibətilə Bakıda konsert proqramı ilə çıxış edəcək
-
Azərbaycan Dövlət Xor Kapellasının möhtəşəm konsert proqramı təqdim olundu - FOTO
-
Əli Əmirlinin "Kişi və qadın" əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlanılıb - FOTO
-
Şirin Məlikova “Azərbaycanda nonkonformist incəsənət və son sosializm dövrünün ekoloji tənqidi” mövzusunda Böyük Britaniyanada ilə çıxış edib - FOTO
-
“Uşaq Dünyası” beynəlxalq musiqi festivalı keçiriləcək - FOTO
-
MEMİM teatr sənəti üzrə yazı müsabiqəsi elan edir
XƏBƏR LENTİ
-
Üç otaqlı mənzildə modem hara qoyulmalıdır?
-
3-cü qızı üçün 50 qurban bağışladı
-
Alleqri “Milan”dan getdi
-
Serenay Sarıkaya sərbəst buraxıldı - YENİLƏNİB
-
Fənərbağçanın "bəyənilməyən" oyunçusunu İngiltərə klubu 35 milyona alır
-
İmişlidə ağır qəza - ölənlər və yaralananlar var - YENİLƏNİB
-
Dövlət Sosial Müdafiə Fondunda YENİ TƏYİNAT
-
Kamran Əsədov ifadə verdi - Aldığı pulların hamısını...
-
Babək Niftəliyevə vəzifə verildi
-
Keyn Messi və Ronaldonun uğurunu təkrarladı
-
Gəncədə ağır qəza - Xəsarət alanlar var
-
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir - YENİLƏNİR
-
Uillyam Samoei Ruto Prezident İlham Əliyevi təbrik edib
-
Nikuşor Dan Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
-
Çağatay haqqında yayılan FOTO saxta çıxdı
-
Çiyələk bu hallarda ölümcül ola bilər - xəbərdarlıq
-
Alar Karis Prezident İlham Əliyevə məktub göndərib
-
Emil Bədəlovun xanımı və qızları - FOTO
-
Konte "Napoli" ilə yollarını ayırdı
-
Nursultan Nazarbayev Prezident İlham Əliyevi təbrik edib
-
Virtuoz skripkaçı Elvin Hoca Qəniyev Filarmoniyanın yubileyi münasibətilə Bakıda konsert proqramı ilə çıxış edəcək
-
Tokayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
-
"PAŞA Real Estate" və "Baku White City" Ağ Şəhər ərazisində obyektlərin birgə inkişafına dair saziş imzalayıblar - FOTO
-
Bakı riyakarlıq fabrikasına qarşı: insan haqlarını kim və niyə silaha çevirir





