Siyasət

“Merihi yox, türk xalqını cəzalandırmaq cəhdidir” - Ərdoğan

7 İyul 2024 22:59
Baxış: 1 322

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) Türkiyə millisinin futbolçusu Merih Demiralı iki oyunluq diskvalifikasiya etmək qərarını siyasi motivli adlandırıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Türkiyə lideri Berlində keçirilən futbol üzrə Avropa çempionatının (Avro-2024) 1/4 final mərhələsinin Türkiyə-Niderland oyununda onu müşayiət edən jurnalistlərlə söhbətində UEFA-nın qalmaqallı qərarını şərh edib.

"UEFA-nın Merih Demiralla bağlı diskvalifikasiya qərarı Avropa çempionatına ciddi kölgə salıb. Bu, sırf siyasi qərardır", - deyə Ərdoğan bildirib.

Türkiyə Prezidenti vurğulayıb ki, UEFA-nın türk futbolçu ilə bağlı mövqeyi şəxsən Demirala qarşı deyil, bütövlükdə türk xalqını cəzalandırmaq cəhdidir.

Türkiyə lideri Niderland ilə oyunda niderlandlı futbolçunun qaydaları açıq-aşkar pozduğuna görə hakimin penalti təyin etmədiyini qeyd edib.

Bildirib ki, Türkiyə bundan sonra da futbolu inkişaf etdirəcək və getdikcə qarşısına daha iddialı hədəflər qoyacaq.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.